"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

Azərbaycanda kibertəhlükələr sürətlə artır. Belə ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) məlumatına görə, cari ilin ilk altı ayı ərzində AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə URL əsaslı 8,5 milyon zərərli keçid (link) həmçinin virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan 4 milyondan çox şəbəkə trafiki zərərsizləşdirilib. Rəqəmlər göstərir ki, kiberdələduzlar getdikcə daha fəal olur və istifadəçiləri müxtəlif üsullarla aldatmağa çalışırlar.

Bəs kiberdələduzluğun artmasının əsas səbəbləri nədir? İnsanlar daha çox hansı saxta üsullara inanırlar?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan kibertəhlükəsizlik üzrə ekspert Fərid Əmirov bildirir ki, bu artımın əsas səbəbi cinayətkarların istifadə etdiyi alətlərin internetdə asanlıqla tapılması və hücum sahəsinin geniləşməsidir:

“Kiberdələduzluq son illərdə texnologiyanın sürətli inkişafı və gündəlik işlərimizin, bank ödənişlərimizin onlayn müstəviyə keçməsi səbəbindən kəskin şəkildə artıb.

​İnsanlar ən çox saxta linklər (fişinq) və sosial mühəndislik üsullarının qurbanı olurlar. Dələduzlar adətən "Poçtunuz gəlib" və ya "Qazanc əldə etdiniz" kimi mesajlarla insanları saxta saytlara yönləndirir, yaxud özlərini bank və ya polis əməkdaşı kimi təqdim edərək telefonda SMS koda sahib çıxırlar.

​Texnologiyanın inkişafı ilə dələduzlar yeni metodlara əl atırlar. Xüsusilə süni intellekt (AI) bu sahədə ciddi risk yaradır. Artıq süni intellekt vasitəsilə tanış insanların səsini və ya görüntüsünü oxşadaraq (deepfake) təcili pul istəyir, eləcə də tam səhvsiz və inandırıcı saxta mesajlar hazırlayırlar. Bu təhlükələrdən daha çox texnoloji savadlılığı az olan yaşlılar və oyun saytlarından zərərli proqramlar endirən gənclər əziyyət çəkir”.

​Ekspertin vurğulayır ki, insanlar bir linkin və ya e-poçtun təhlükəli olduğunu anlamaq üçün təcili qərar verməyi tələb edən qorxuducu mesajlara qarşı diqqətli olmalıdırlar.

Onun sözlərinə görə, linkə tıklamadan öncə onun ünvanını yoxlamaq vacibdir. Çünki dələduzlar rəsmi saytlara bənzəyən saxta ünvanlardan (məsələn, bank.az əvəzinə bank-online-az.com) istifadə edirlər.

​“Kiberdələduzluq qurbanı olsanız, atılmalı ilk addım dərhal bank kartını bloklamaq və tətbiqlərdəki şifrələri dəyişməkdir. Daxil olan mesajların və ödənişlərin ekran şəkillərini (screenshot) saxlayaraq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.

​F.Əmirovun fikrincə, Azərbaycanda bu sahədə mütəmadi xəbərdarlıqlar edilsə də, dələduzluq üsulları çox sürətlə dəyişdiyi üçün maarifləndirmə tədbirləri hələ tam kifayət etmir.

O qeyd edir, müdafiəni gücləndirmək üçün məktəblərdə rəqəmsal təhlükəsizlik dərslərinin keçirilməsi və saxta SMS-lərin qarşısını alan texniki filterlərin tətbiqi vacib addımlardandır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

End of content

No more pages to load

RADİO