850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

Yeni Zelandiyanın cənubundakı Dunedin şəhəri 22 iyul 2028-ci ildə baş verəcək tam Günəş tutulmasına indidən hazırlaşır. Təxminən 850 ildən sonra ilk dəfə şəhərdən müşahidə olunacaq nadir astronomik hadisə səbəbindən hotellər iki il əvvəldən rezervasiya qəbul etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, 22 iyul 2028-ci il tarixində, yerli vaxtla saat 16:17-də Ay Günəşin qarşısından keçərək, Yeni Zelandiya üzərində təxminən 100 kilometr enində kölgə zolağı yaradacaq.

Tutulmanın tam fazası həmin marşrut üzərində yerləşən ərazilərdə 2 dəqiqə 51 saniyə davam edəcək və gündüz vaxtı səmanı qaranlığa bürüyəcək.

Hadisəyə hələ iki il qalsa da, Dunedində yerləşən hotellər artıq çoxsaylı rezervasiya sifarişləri qəbul edir. Xüsusi hazırlanmış yaşayış paketlərinə Günəş tutulmasını izləmək üçün qoruyucu eynəklər də daxildir və bir çox hoteldə yerlər sürətlə dolur.
 

Təxminən 130 min nəfər əhalisi olan şəhərə tutulmanı izləmək üçün 35 minə yaxın turistin gələcəyi gözlənilir. Yerli hakimiyyət bu hadisənin bölgənin turizm sektoruna ciddi töhfə verəcəyini bildirir.


Astronom İan Qriffin bildirib ki, Dunedindən görünən son tam Günəş tutulması 1163-cü ildə, yəni Yeni Zelandiyada insanların məskunlaşmasından əvvəl baş verib.

“Dunedin şəhərindən tam Günəş tutulmasını görən ilk insanlar biz olacağıq. Bu, həqiqətən, həyəcanvericidir”, – deyə alim vurğulayıb.

Onun sözlərinə görə, 2028-ci ildə baş verəcək hadisə həm də 1965-ci ildən bəri Yeni Zelandiyanın hər hansı nöqtəsindən görünəcək ilk tam Günəş tutulması olacaq. Tarixi hadisə münasibətilə Dunedində səma mövzulu silsilə tədbirlər təşkil ediləcək. Festival Maori xalqının Yeni ili hesab olunan Matariki ilə başlayacaq və Günəş tutulmasına qədər davam edəcək.
 

İan Qriffin bildirib ki, Matariki qeyd etmələri ilə tam Günəş tutulmasının qısa fasilə ilə üst-üstə düşməsi şəhər sakinləri və turistlər üçün unikal təcrübə yaradacaq.


Dunedin meri Sofi Barker isə bildirib ki, şəhərdə nadir astronomik hadisə ilə bağlı həyəcan artıq hiss olunur və hazırlıq işləri tam sürətlə davam edir. (qafqazinfo.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

End of content

No more pages to load

RADİO