Azərbaycan Vətən müharibəsindəki dəstəyə görə Pakistana TƏŞƏKKÜR ETDİ

Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Məhdum Şah mahmud Qureşi Azərbaycan nümayəndə heyətini salamlayıb.

Pakistan-Azərbaycan əlaqələrini iki dost və qardaş ölkə arasında münasibətlər kimi xarakterizə edib.

O, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Həmçinin ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişə ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Pakistanın verdiyi birmənalı siyasi-mənəvi dəstəyi vurğulayıb və bunun xalqımız tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Nazir ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafı ilə yanaşı, üçtərəfli formatda davam edən əməkdaşlığa istinad edib, o cümlədən cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünü, həmçinin üç ölkənin Parlamentlərinin spikerlərinin görüşünü qeyd edib.

Bu il ərzində iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi, habelə iki dövlətin prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşünün keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərindən danışan nazir Ceyhun Bayramov, bu ərazilərin minadan təmizlənməsi prosesində Pakistanın təcrübəsindən istifadə edildiyini və bu xüsusda dost ölkənin Azərbaycana dəstəyini minnətdarlıqla ifadə edib.

Həmçinin, nazirlər Əfqanıstandakı humanitar vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Xocavənddə güclü yanğın başladı

Xocavənddə güclü yanğın başladı

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

End of content

No more pages to load

RADİO