The New York Times yazır ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna PUA-larından qorunmaq məqsədilə getdikcə daha çox gizli nəqliyyat vasitələrindən istifadə edir.
Bizim.Media xəbər verir ki, qəzetin mənbələrinə görə, Putin adi sərnişin qatarına bənzədilən xüsusi zirehli qatarla hərəkət edir.
Onun iqamətgahlarının yaxınlığında ayrıca dəmir yolu xətləri və gizli stansiyalar da yaradılıb.
Məlumata görə, Moskvada Putinin hərəkət marşrutunu gizlətmək üçün aldadıcı kortejlər də təşkil olunur. Bu kortejlərdə prezidentin özünün olub-olmaması əvvəlcədən məlum olmur.
NYT həmçinin Putinin bəzi görüşlərinin əvvəlcədən lentə alındığını və sonradan televiziyada aktual görüş kimi yayımlandığını yazır. Bəzi hallarda çəkilişlə efir arasında həftələr, hətta aylar fərq olduğu bildirilir.
Qəzet qeyd edir ki, Kremlin təhlükəsizlik tədbirləri Ukrayna PUA-larının Rusiya ərazisinin daha dərinliklərinə uçmağa başlamasından sonra xüsusilə güclənib.
Bizim.Media