İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Rəhim Səfəvi Ermənistanla TRIPP layihəsi üzrə heç bir ilkin razılaşmanın əldə olunmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Səfəvinin sözlərinə görə, Tehran Ermənistan tərəfinə özünün “qırmızı xətlərini” açıq şəkildə çatdırıb və layihənin hazırkı formatını İran üçün təhlükə hesab edir.
İranlı general xüsusilə ABŞ-ın Cənubi Qafqazda iştirakına qarşı çıxıb. O bildirib ki, əgər layihə çərçivəsində təhlükəsizliyə ABŞ hərbçiləri cavabdeh olacaqsa, İran cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Səfəvi Ermənistan sərhədçilərinin İran-Ermənistan sərhədinə və həmin ərazidən keçən marşrutlara özlərinin nəzarət etməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Bizim.Media