Rusiyanın kitab sənayesi nümayəndələrinin hesablamalarına görə, Wildberries-in anbarlarına edilən PUA hücumları nəticəsində 11 milyondan çox kitab məhv ola bilər.
Bizim.Media xəbər verir ki, məhv edilən nəşrlər arasında bədii, uşaq, elmi-populyar və tədris ədəbiyyatı, həmçinin OGE və EGE imtahanlarına hazırlıq vəsaitləri də var.
Zərər çəkən nəşriyyatlar itirilmiş tirajları təcili şəkildə yenidən çap etməyə başlayıb. Mütəxəssislər bildirirlər ki, Wildberries Rusiyanın kitab bazarının təxminən 30 faizinə nəzarət etdiyindən hadisənin bütün sahəyə ciddi təsiri ola bilər.
Wildberries isə anbarlardakı inventarlaşdırmanın davam etdiyini və yekun zərərin hələ müəyyənləşdirilmədiyini açıqlayıb.
Bizim.Media