“Rusiya SSRİ-ni bərpa etmək istəyir iddiaları da aradan qalxacaq, əgər...” - Qüdrət Həsənquliyev 

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Brüssel səfəri, dəhliz məslələri və Şarl Mişelin bəyanatı ilə bağlı Bizim.Media-ya müsahibə verib. O, müsahibəsində “Rusiya SSRİ-ni bərpa etmək istəyir” kimi iddialara da münasibət bildirib.

- Qüdrət bəy, Prezidentin Brüssel səfərinin nəticələrini dair fikriniz necədir? 

- Çox müsbət qiymətləndirirəm. Prezident NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında bəyan etdi ki, Laçın dəhlizinin statusu nə olacaqsa, Zəngəzur dəhlizinin də statusu eyni olacaq. Şarl Mişelin yaydığı bəyanata əsasən, razılaşma əldə olunub ki, Zəngəzurdan keçən dəmir yol xətti dövlətlərin suverenliyi, beynəlxalq miqyasda qəbul olunan sərhəd və gömrük nəzarəti qaydalarına uyğun olaraq açılsın.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmalıdır – Deputatdan TƏKLİF


Belə olduğu təqdirdə, Ermənistanı Rusiya və İranla birləşdirən dəmir yolunun əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçdiyinə görə, Ermənistan Azərbaycana daha çox vəsait ödəyəcək. Avtomobil yolları ilə bağlı məsələ isə hələlik açıq qalır.

Zəngəzur dəhlizindən, xüsusilə sərnişin avtomobillərinin sərbəst keçid olmayacaqsa, deməli Laçın dəhlizində də bu olmayacaq.

Bilirsiniz, Rusiya istəsəydi bu problemlərin yaranmaması üçün 10 noyabr 2020-ci il bəyanatında göstərərdi ki, Laçın və Zəngəzur dəhlizlərinin hüquqi statusu eyni olacaq.
 

Yaxud bəyanatdan sonra Ermənistanın daha konstruktiv davranması üçün ona təzyiq edərdi. Görünən odur ki, Qərb də öz uşağı olan Paşinyana konstruktiv olması üçün təzyiq göstərmək fikrində deyil.


Bəyanatda fərqli ifadələrdən istifadə edilməsi Ermənistana manipulyasiyalar üçün yol açır. Bu da onu göstərir ki, motivlər fərqli olsa da Minsk qrupuna daxil olan dövlətlər “nə hərb, nə sülh” platformasından çıxış edirlər və verdikləri bəyanatların əksinə olaraq danışıqların tezliklə başa çatdırılıb sülh sazişi imzalanmasında maraqlı deyillər. 44 günlük savaşa qədər sərgilədikləri mövqe dəyişməyib. Sadəcə, çalışırlar ki, tərəflərə təsir imkanlarını saxlasınlar.

- Belə vəziyyətdə Azərbaycan nə etməlidir?

- Azərbaycan bunu nəzərə alıb oyun qaydalarını dəyişir və haqlı olaraq 2009-cu ildəkindən fərqli olaraq Türkiyənin Ermənistanla münasibətlərinin sağlamlaşdırılmasına etiraz etmədi.

Dəmir yolunun açılması məsələsini avtomobil yolunun açılması məsələsinə bağlamadı və daha konstruktiv, həm də milli maraqlarımıza uyğun bir mövqe ortaya qoydu. Düşünürəm ki, Azərbaycan və Türkiyə Avrasiya və Gömrük İttifaqına üzv olmaları üçün müraciət etməli, viza rejimi Şengen sazişi kimi bir müqavilə imzalanması yolu ilə ardan qaldırılmalıdır.

Avrasiya İttifaqında Avropa Birliyində olduğu kimi sərhədsiz və gömrüksüz gediş-gəliş olmalıdır. Bu regionun çiçəklənməsinə və sülhə böyük tövhə verəcək, türk dövlətlərinin daha sıx əməkdaşlığına və qarşılıqlı inteqrasiyasına yol açacaq.

O zaman ermənilərlə dəhliz mübarizəsinin də əhəmiyyəti itəcək. Türkiyənin Avrasiya İttifaqına üzv olması “Rusiya SSRİ-ni bərpa etmək istəyir” kimi iddiaları da aradan qaldıracaq.
 

Türkiyə özünü aldatmağa son qoymalı, heç vaxt qəbul olunmayacağı Avropa Birliyinə üzv olmaq iddiasından əl çəkməli, Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzvülük barədə ciddi düşünməlidir.


Rusiya da səmimi olaraq SSRİ-nin bərpası barədə iddialara son qoyulması üçün bu istiqamətdə səy göstərməli, Türkiyəni Avrasiya İttifaqına dəvət etməlidir.

Xalqımız da bilməlidir ki, mentalitetimiz, ciddi qohumluq əlaqələrinə sadiqliyimiz, ənənələr, biznes və pul qazanmaq vərdişləri bizə təkbaşına, qısa zaman kəsiyində hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq rəqabətlilik prinsipinə söykənən azad bazar iqtisadiyyatı qurmağa imkan verməyəcək. Bunlarsız yüksək yaşayış standartlarını ölkəmizdə təmin etmək xeyli problematik olacaq”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

End of content

No more pages to load

RADİO