Nyu-Yorkda antisemitizmə qarşı keçirilən nümayişdə yüzlərlə insan iştirak edib.
Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları “Mamdani getməlidir” şüarları səsləndirib, antisemitizmin dayandırılmasına çağıran plakatlar qaldırıblar.
Məlumata görə, nümayişin keçirildiyi ərazinin yaxınlığında Fələstinə dəstək verən fəallar da toplaşaraq şəhər merinə dəstək ifadə ediblər.
Aksiyaya səbəb iyulun 23-də Manhetten bölgəsində yerləşən pravoslav sinaqoqunun yaxınlığında iki kişiyə hücum edilməsi olub. Hücum edən şəxs saxlanılıb və ona qəsdən adam öldürməyə cəhd, eləcə də nifrət zəminində törədilən cinayət ittihamları irəli sürülüb.
Nyu-York meri Mamdani hücumu pisləyərək bildirib ki, şəhərdə antisemitizmə və digər nifrət formalarına yer yoxdur.
Bizim.Media