Parlamentin boş qalmış yerləri uğrunda KİMLƏR mübarizə aparacaq? - ADLAR

Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi bir daha gündəmə gəlib. Belə ki, dekabrın 12-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, "Milli Məslidə boş qalan dairələrə seçkilərin keçirilməsi, yəqin ki, yaxın vaxtlarda olacaq".

Bizim.Media xəbər verir ki, boş qalan yerlərə təkrar seçkilərin də fevralda baş tutacağı ən real proqnozlardandır.

MÖVZU İLƏ BAĞLI:

“Ümid” partiyasında parlamentlə bağlı təcili TOPLANTI – İqbal Ağazadə detalları AÇIQLADI 


Belə ki, parlamentə VI çağırış seçkilər də 2020-ci il fevralın 9-da keçirilib.

Qeyd edək ki, hazırda parlamentdə altı deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

⦁ Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişdiyindən onun da yeri boşdur. 

Həmçinin polisə qarşı zor tətbiq edən Eldəniz Səlimovun da mandatının aqibəti deputat olmaq istəyən siyasətçiləri maraqlandırır.

Xatırladaq ki, onun toxunulmazlığına xitam verilib. Barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilən Eldəniz Səlimovun istintaqı davam edir.

Deputat ağır cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda mandatdan məhrum edilir. Yəni, məhkəmənin hökmü imkan verir ki, MSK deputatın səlahiyyətinə xitam versin. Həbs-qətimkan tədbirinin seçilməsi onunla bağlıdır ki, 309-cu maddənin 2-ci hissəsi səlahiyyət həddini aşma ağır cinayətlər kateqoriyasına daxildir. Bu maddənin sanksiyası üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Ekspertlərin fikrincə, boş qalan yerlərə Çingiz Qənizadənin nəticələri ləğv olunan dairədən seçilməsi inandırıcı olsa da, Hadı Rəcəblinin şansları yoxdur. Çünki 2020-ci ilin fevralından bu yana eks deputatın ictimai-siyasi həyatda fəal iştirakı yoxdur. 

Rauf Arifoğlu və İqbal Ağazadə rəqabəti isə ən maraqlılardandır.

Hələki bu mübarizə “Youtube” kanalları üzərindən nəzərə çarpır. Belə ki, əvvəllər bu namizədlər bir-biri haqqında açıqlamalar versələr də, son dövrlər sırf ölkədə baş verənlərlə bağlı danışırlar. Maraqlı məqam isə odur ki, Ümid Partiyasının sədri İqbal Ağazadə “müsavat tv”nin proqramlarında yer almır. Amma sözügedən kanalın rəhbəri olan Rauf Arifoğlu özü üçün veriliş də açıb.

Hər iki namizədin gündəmdə qalmaq, aktuallıq qorumaq cəhdləri KİV vasitəsilə reallaşdırılır. Sadəcə nəzərə almaq lazımdır ki, Rauf Arifoğlu həm də media rəhbəridir. İqbal Ağazadə isə əsasən Zaur Qəriboğlu və Kamran Həsənlinin qonağı ola bilir. 

Hüseynbala Mirələmovun katibə olayından sonra seçici içinə çıxması da mümkünsüzdür. Digər tərəfdən Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib. Yəni, Rauf Arifoğlu, yaxud İqbal Ağazadə Xətaidəki seçki dairələrini dəyişsələr, hər ikisinin deputat olmaq şansı yaranır. 

Bundan başqa, insanlar arasında populyar olan və namizədlikləri daha real görünən siyasətçilər də var:

1. Ağ Partiya sədri Tural Abbaslı

2. REAL Partiyasının sədri İlqar Məmmədov

3. Müsavat Partiyasının sədri Arif Hacılı

4. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

Əlbəttə mandat istəyi hələ də tükənməyənlər arasında Sərdar Cəlaloğlu, Hafiz Hacıyevi də qeyd etmək olar. VİP sədri Əli Əliyev də parlamentdə təmsil olunmağa çalışa bilər. Fərəc Quliyev (MDHP), Anar Əsədli (AYP), Elşad Musayevi (BAP) unutmaq lazım deyil. 

Milli Məclisdə boş qalan yerlərə bəzi partiya sədrlərinin müavinlərinin də namizədliyi aktualdır.

Onların arasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, REAL Partiyasının sədr müavini Natiq Cəfərlidə var.

Deputat ola biləcək politoloqların onluğu:

Tofiq Abbasov, Tofiq Zülfüqarov, Eldar Namazov, Fikrət Sadıxov, Fərhad Məmmədov, Cümşüd Nuriyev, Zərdüşt Əlizadə, Zaur Məmmədov, Yeganə Hacıyeva, Elxan Şahinoğlu.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Britaniyalı jurnalist Çini müasir dövrün əsas möcüzələrindən biri adlandırdı - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Sankt-Peterburqda “qeyri-formal” geyimli yeniyetmələri saxlayacaqlar - FOTO

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

End of content

No more pages to load

RADİO