Sankt-Peterburqda yeniyetmələr arasında “qeyri-formal” hesab edilən qrupların nümayəndələrini müəyyənləşdirmək məqsədilə ticarət mərkəzlərində reydlər keçiriləcək.
Bizim.Media xəbər verir ki, Rusiya mediasının məlumatına görə, yeniyetmələr arasında populyar olan ticarət mərkəzlərində “radikal düşüncəli gənclər” və “qeyri-formal asosial qruplaşmaların” üzvlərinin aşkarlanması üçün yoxlamalar aparılacaq.
Bildirilib ki, reydlər zamanı belə gənclərin geyimlərindəki “xüsusi fərqləndirici atributlar” və qeyri-formal qruplara aid olduğu iddia edilən müxtəlif aksessuarlar əsas götürüləcək.
Qeyd olunur ki, tədbirlərin məqsədi yeniyetmələri “radikallıqdan uzaqlaşdırmaq”, profilaktik işlərə cəlb etmək və onları cəmiyyətə konstruktiv şəkildə inteqrasiya etməkdir.

Bizim.Media