Ceyhun Bayramov bolqarıstanlı nazirlə nələri müzakirə etdi? - DETALLAR

0:00
0:00

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Svetlan Stoev ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.

Tərəflər, həmçinin iki ölkə arasında siyasi, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf potensialını qeyd edib, növbəti ilin diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar. Bu xüsusda, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı nazirlər Cənub Qaz Dəhlizinin Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması imkanının movcud olduğu və bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar qeyd edilib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Müdir maaşa görə etiraz edən işçini döyüb?– VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb?– VİDEO

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir - VİDEO

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir - VİDEO

Bakı-Sabunçu istiqamətində qatarlar GECİKİR

Bakı-Sabunçu istiqamətində qatarlar GECİKİR

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

FHN əməliyyat görüntüləri yaydı: 881 yanğına çıxış, 2 qəza – VİDEO

FHN əməliyyat görüntüləri yaydı: 881 yanğına çıxış, 2 qəza – VİDEO

Ərbildəki ABŞ bazasına PUA hücumu - VİDEO

Ərbildəki ABŞ bazasına PUA hücumu - VİDEO

“Dörd nəvəmin hamısı ADA-nı bitirib”- Video

“Dörd nəvəmin hamısı ADA-nı bitirib”- Video

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Zelenski bu haqda ilk dəfə danışdı: “Ciddi problem var idi” - VİDEO

Zelenski bu haqda ilk dəfə danışdı: “Ciddi problem var idi” - VİDEO

ABŞ-da festival zamanı atışma: 2 ölü, 5 yaralı var - VİDEO

ABŞ-da festival zamanı atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - VİDEO

Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - VİDEO

Ən zəif əməkdaşlar daha çox rəhbər vəzifələrə yüksəlirlər - FOTO

Ən zəif əməkdaşlar daha çox rəhbər vəzifələrə yüksəlirlər - FOTO

Neft UCUZLAŞDI

Neft UCUZLAŞDI

Qremin İranla bağlı proqnozu özünü doğrultmadı – VİDEO

Qremin İranla bağlı proqnozu özünü doğrultmadı – VİDEO

ChatGPT bəzi istifadəçilərə bioloji silahlarla bağlı təhlükəli təlimatlar təqdim edib

ChatGPT bəzi istifadəçilərə bioloji silahlarla bağlı təhlükəli təlimatlar təqdim edib

Qadın bədəninə 106 köpəkbalığı döyməsi etdirərək dünya rekordu qırdı – VİDEO

Qadın bədəninə 106 köpəkbalığı döyməsi etdirərək dünya rekordu qırdı – VİDEO

Süni intellekt Trampın rəsmi hesabını da "ələ keçirdi" - FOTO

Süni intellekt Trampın rəsmi hesabını da "ələ keçirdi" - FOTO

Rusiya ordusu Zaporojyeni vurdu: Ölən və yaralananlar var - VİDEO

Rusiya ordusu Zaporojyeni vurdu: Ölən və yaralananlar var - VİDEO

End of content

No more pages to load

RADİO