Zahid Oruc: “Yatsenyuk iqtidarı ilə diplomatik münasibətlər yolverilməzdir”

“Avromaydan” hər hansı bir hakimiyyətin formalaşması üçün legitim məkan sayıla bilməz. Bu, nə referendumdur, nə hər hansı bir şəkildə xalq seçimi sayılır, nə də bütün xalqı - milləti özündə əhatə edir”.

Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında millət vəkili Zahid Oruc dilə gətirib.

“Bu, məhdud saylı, belə demək mümkünsə, yüz minə qədər insanın təşkilidir, burada həm də  kifayət qədər kriminal pullar və kənar maliyyə vəsaitləri rol oynayıb, o cümlədən, siyasi-texnoloji vasitələrlə hakimiyyəti linc edərək silahlı yolla iqtidar ələ keçirilib” - deyən millət vəkilinin bildirdiyinə görə, bunun birbaşa adı uzurpatiya - yəni, hakimiyyətin mənimsənilməsidir.

Millət vəkili qeyd edib ki, belə olan təqdirdə, hazırkı Ukrayna-Yatsenyuk iqtidarı qanunsuzdur, o, qanuni və legitim hakimiyyəti sayıla bilməz:

“Çünki onların Konstitusiyasına görə, nə gerçək vəziyyətdə fəaliyyət göstərən prezident həyatdan gedib, nə özü  ərizəsi ilə imtina addımını atıb,  nə də Ali Radada baş vermiş impiçment xüsusi prosedurlarla - yəni, əvvəl komissiyanın yaradılması, sonra işin araşdırılması və çıxarılan qərar əsasında qanunverici orqanın bir mövqeyə gəlməsi ilə reallaşıb.

Belə olan halda, mənim anlamımda Azərbaycan, rəsmi Bakı hazırkı Ukrayna iqtidarı ilə hər hansı bir diplomatik münasibətlərə malik olmamalıdır, ən azı mayın 25-nə, prezident seçkilərinə qədər bu münasibətlər təxirə salınmalıdır.

Bu, həm də heç bir halda, Rusiyanın Krımdakı məlum addımları ilə uzlaşma və ya onlarla birgəlik kimi özünü göstərməməlidir. Çünki biz əgər hesab ediriksə ki, Ukraynada Qərbyönümlü qüvvələrin dövlət çevrilişi baş verib, yeni qüvvələr də xalqa bəlli vasitələrlə hansısa prosesi aparmaqla, ən sonda isə silaha əl atmaqla, snayperlərdən  atəşlərlə rejimin qaniçən olduğunu göstərmək istəyib və Latviyanın xarici işlər naziri ilə Avropa İttifaqının ali nümayəndəsi  Ketron Eştonun telefon söhbətində də inqilabçıların məhz silahdan istifadəsi etiraf olunub, o zaman bunların tam mahiyyəti aşkara çıxır...”.

Bu baxımdan millət vəkili hesab edir ki, Azərbaycan iqtidarı, bütövlükdə ölkə ictimaiyyəti Krıma görə Ukrayna ilə Rusiya arasında yaranan qarşıdurmaya da təmkinli münasibət bəsləməlidir:

“Ən azı, qardaş Türkiyənin 2-ci Dünya müharibəsində tutduğu mövqeyə bənzər bir mövqe sərgilənməlidir”.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

End of content

No more pages to load

RADİO