İranın xarici işlər naziri: “İranın qonşularının narahatlığına səbəb yoxdur”

“Cenevrədə İranla ABŞ arasında aparılan müzakirələr bu ölkə ilə əlaqələri yaxşılaşdırmaq məqsədi daşımayıb. Bu görüşlər yalnız nüvə məsələsini nizamlamaq üçün həyata keçirilib”. Moderator.az-ın İran mətbuatına istinadən məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında səsləndirib.
 
Onun sözlərinə görə, İran xalqı Qərb və ABŞ-ın keçmişindən narahat və qəzəblidir: “Bu keçmiş xalqın ABŞ-a etimad göstərməməsinə səbəb olub. Ona görə də Qərb ölkələrinə imkan tanımır. Bu baxımdan onların siyasətlərində dəyişikliyi gözləmək lazımdır”.
 
M.C.Zərif həmçinin deyib ki, İsrail uzun illərdir milyardlarla dollar vəsait sərf etməklə yanaşı, hər cür təhdid və təzyiq siyasətindən faydalanır: “İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu iddia etməklə bütün dünyaya təhdid və təhlükə olduğunu göstərməyə çalışır. Hazırda məqsədinin nəticəsiz qaldığını gördüyündən, ölkəmizə qarşı müxtəlif üsullara əl atır. Halbuki dünya üçün böyük təhlükə yaradan İsrail 200 nüvə başlığına sahibdir. Bu ölkə nümayiş etdirdiyi mövqe ilə humanizmə sığmayan siyasətini ört-basdır etmək istəyir”. 
 
Nazir vurğulayıb ki, İranın qonşularının narahatlığına səbəb yoxdur: “Bu ölkələr İranın xarici siyasətində prioritetin onlarla əlaqə qurmaq olduğunu bilməlidirlər”.
 
M.C.Zərif bildirib ki, uranın zənginləşdirilməsi prinsipi müzakirə edilə bilməz: “Hələlik “Nətənz” və “Fordo” nüvə obyektlərində davam etdirilən 3,5 və 5%-lik uranın zənginləşdirilməsi məsələsi ilə bağlı heç bir müqavilə imzalanmayıb. Ümumiyyətlə, heç kimsə İran üçün uranın zənginləşdirilməsi səviyyəsini müəyyənləşdirə bilməyəcək. Gələcək müzakirələrdə işin forma və üsulları əsas müzakirə mövzusu olacaq. Cenevrə razılaşmasına görə, qarşı tərəf İranın uranın zənginləşdirilməsi məsələsini qəbul edib. Bu anlaşma bir yol xəritəsidir və altı aylıq müddət etimad mühitinin yaradılması məqsədilə müəyyənləşdirilib. İşin çətin mərhələsi hələlik başlanmayıb və hazırda çox çətin olan müzakirələrə daxil olmaq lazımdır. İranın heç bir şeyi gizlətmək niyyəti yoxdur və heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

End of content

No more pages to load

RADİO