Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Son günlər sosial şəbəkələrdə məzun günü paylaşımlarına yazılan mənfi rəylər geniş müzakirə olunur. "Universiteti bitirib nə olacaqsınız ki? Axırda yenə marketdə kassir işləyəcəksiniz", - kimi neqativ şərhlər tez-tez diqqət çəkir.

Bəs bu cür ümumiləşdirici yanaşma nə dərəcədə doğrudur? Ali təhsil alan hər kəsi fiziki əməyə məhkum hesab etmək olarmı? Yoxsa bu fikirlər yalnız müəyyən səbəblərdən ixtisası üzrə işləyə bilməyən və ya akademik göstəriciləri zəif olan şəxslərin timsalında formalaşmış stereotipdir?

Digər tərəfdən, bu cür alçaldıcı və ümidsizlik yaradan şərhlər təhsil alan gənclərin motivasiyasına necə təsir edir? Belə yanaşmalar onların gələcəyə inamını və təhsilə münasibətini zəiflədə bilərmi? Bu mövzu son günlər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən birinə çevrilib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, hazırda “təki diplom olsun” anlayışı üstünlük təşkil edir:

“Əslində bu, çox problematik mövzudur. İstər dünyanın hansısa başqa yerində, istərsə də xüsusilə bizdə və Şərq düşüncə tərzində təhsilin, maarifçiliyin qarşısını alan ən böyük və ən qəribə amil ona olan sosial, ictimai yanaşmadır. Bu gün qəbul sistemimiz, elə universitet mühitinin özü, əmin olun ki, təhsil hadisəsindən daha çox ictimai münasibətləri əks etdirir. Bu gün valideyn üçün əsas məsələ övladının universitetə daxil olmasıdır.

"Təki bir diplomu olsun" anlayışı üstünlük təşkil edir. Bu gün bizim valideynlər üçün övladının tələbə olması "mən qonşudan geri qalmayım" prinsipinə söykənir. Eləcə də övladının tələbə olması, xərclədiyi vəsaitin boşa getməməsi kimi xarakterizə olunur. Əmin olun ki, bu gün bir çox valideynlər sentyabrın 15-də dərs prosesi başlayandan sonra övladının təhsilinə heç nəzarət belə etmirlər. Bax, problem bundan ibarətdir”.

E.Nuri təhsilin xilasının onun rəqabət mexanizmi olmaqdan qurtulmalı olduğunu bildirib:

“Təhsil bilirsiniz nə zaman xilas olacaq? Əmin ola bilərsiniz ki, təhsil ictimai baxışların məngənəsindən qurtulanda xilas olacaq. Orta təhsildən ali təhsil pilləsinə keçid qonşu və qohumlar arasındakı rəqabətin təsiri altında baş verdiyi müddətdə təhsildən heç nə gözləyə bilmərik. Hamılıqla  ali təhsilimizin inkişafı, universitetlərimizin irəli getməsi üçün fikirlər səsləndiririk.

Amma bu necə olacaq? Bu gün auditoriyaya daxil olan tələbələrin bir hissəsi mənasız rəqabətin içindən gəlirlər. Təbii ki, bu, hamıya aid deyil. Bu gün elə 17 yaşlı gənclərimiz var ki, qarşısına konkret hədəf qoyub və hədəfinə inamla irəliləyirlər. Mən abituriyentlərlə işləyən biri kimi bunu rahatlıqla deyə bilərəm. Elə valideynlər var ki, övladının gələcəyini çox düzgün planlaşdırır, hədəflərini çox dəqiq müəyyənləşdirir.

Bunu tam səmimiyyətlə deyirəm. Lakin belə faktlar istisnadır. bunlar istisnadır. Biz bu gün təhsilə yalnız gələcək hədəflər kontekstində yanaşmalıyıq. Təhsil bizə nə qazandıracaq? Onun mahiyyəti nədir? Funksiyası nədir? Diplom asılılığı hansısa bürokratik sənədə bağlılıq deyil. Bu, psixoloji asılılıqdır. Abituriyent intiharları, onların depressiyaya düşməsi, ciddi demotivasiya yaşamalarının kökündə ictimai psixologiya dayanır. Bu gün qəbul sistemimizin özəyini də məhz ictimai psixologiya təşkil edir.

Belə olduğu halda universitetlərin peşə perspektivini düzgün qiymətləndirə bilmirik. Biz bir məsələni bilməliyik ki, universitet əmək bazarı üçün müxtəlif ixtisaslar üzrə peşəkar kadr hazırlayan bir müəssisədir. Vəssalam. Universitetə bundan kənar yanaşma düzgün deyil.

Bu gün əmək bazarı ilə ayaqlaşa bilməməyimizin əsas səbəblərindən biri də universitetə baxışımızın düzgün olmamasıdır. Biz universitetə "mən necə peşəkar olacağam?" sualı ilə daxil olmuruq. Biz universitetə "nəhayət ki, tələbə oldum" düşüncəsi ilə daxil oluruq. Problem də məhz buradan başlayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

End of content

No more pages to load

RADİO