Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş diplomatik korpusla görüşündə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bu görüş zamanı o, Xarici İşlər Nazirliyinə (XİN) rəhbərlik etdiyi ilk 100 gününün əsas nəticələrini təqdim edib", - paylaşımda bildirilib.
Görüşün sonunda S. Fətəliyev ilə R. Alvares arasında fikir mübadiləsi aparılıb:
"Azərbaycanın Meksika ilə dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə davam etmək marağı bir daha təsdiqlənib".
El Embajador Seymur Fataliyev, participó en el encuentro del Canciller Roberto Velasco Álvarez @r_velascoa con el cuerpo diplomático acreditado en #México, durante el cual presentó los principales resultados de sus primeros 100 días al frente de la Secretaría de Relaciones… pic.twitter.com/3qGmPjN88T
— Embajada de la República de Azerbaiyán en México (@AzEmbMex) July 10, 2026
Bizim.Media