Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpız həm sərinləşdirici, həm də vitaminlərlə zəngin olması ilə seçilir. Lakin bazarda və ya marketdə şirin və yetişmiş qarpız seçmək hər zaman asan olmur. Bir çox insan qarpızı döyərək səsinə görə seçim etsə də, mütəxəssislər bunun ən etibarlı üsul olmadığını bildirirlər. Yetişmiş və dadlı qarpızı müəyyən etməyə kömək edən bir neçə əsas əlamət var.

Bizim.Media düzgün qarpız seçməyin 5 əlamətini təqdim edir:

Sarı ləkəyə diqqət yetirin

Qarpızın qabığında görünən açıq rəngli "torpaq ləkəsi" onun yetişmə zamanı torpaqla təmasda olan hissəsidir.

Bu ləkənin rəngi qarpızın yetişmə dərəcəsi haqqında məlumat verir:

Krem rəngli və ya tünd sarı ləkə qarpızın tam yetişdiyini göstərən ən yaxşı əlamətlərdən biridir.

Ağ və ya çox solğun sarı ləkə isə meyvənin vaxtından əvvəl yığıldığını göstərə bilər. Tünd sarı və ya narıncı çalara yaxın ləkə də əksər hallarda normal yetişmə əlaməti sayılır. Yetişmiş qarpız adətən öz növünə uyğun dairəvi və ya oval, simmetrik formaya malik olur. Qabığında iri çatlar, dərin əziklər və digər zədələr olmamalıdır. Bununla belə, forma təkbaşına qarpızın şirin olacağına zəmanət vermir. Seçim edərkən digər əlamətləri də birlikdə qiymətləndirmək lazımdır.

Qabığın rəngi çox şey deyir

Qarpızın qabığı mat görünüşlü olmalıdır. Mat tünd yaşıl rəng meyvənin yetişdiyini göstərən əsas əlamətlərdən hesab edilir. Parlaq və həddindən artıq işıldayan qabıq isə çox vaxt qarpızın tam yetişmədiyini göstərir. Belə qarpızların içi daha sulu və az şirin ola bilər. Zolaqlı növlərdə tünd və açıq zolaqların bir-birindən aydın seçilməsi də müsbət əlamət sayılır.

Qabığın sərtliyini yoxlayın

Yaxşı qarpızın qabığı möhkəm, hamar və elastik olur. Yumşaq, basılmış və ya zədələnmiş hissələr meyvənin xarab olmağa başladığını göstərə bilər.

Qarpızı kəsdikdən sonra isə içinin sıx, şirəli və xırtıldayan olması onun təzə olduğunu göstərir. Əgər ləti un kimi ovulan, həddindən artıq yumşaq və ya selikli görünürsə, bu, artıq yetişmə və ya xarab olma əlaməti ola bilər.

Sapına diqqət yetirin

Qarpızın sapı da onun yetişməsi haqqında məlumat verir. Quru və qəhvəyi rəngli sap meyvənin təbii şəkildə yetişdikdən sonra yığıldığını göstərir və bu, müsbət əlamət hesab olunur. Yaşıl sap isə qarpızın vaxtından əvvəl yığıldığını göstərə bilər.

Bununla belə, bəzi hallarda bu, sadəcə meyvənin yeni dərildiyini ifadə edir. Buna görə sapın rəngini digər əlamətlərlə birlikdə qiymətləndirmək daha doğru olar.

Şirin və yetişmiş qarpız seçmək üçün onu döyməkdən daha çox görünüşünə diqqət yetirmək lazımdır. Krem rəngli torpaq ləkəsi, mat qabıq, simmetrik forma, möhkəm qabıq və quru sap birlikdə qarpızın yetişdiyini göstərən ən etibarlı əlamətlər hesab olunur. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

İldırım çimərlikdə istirahət edən qadını öldürdü - ANBAAN VİDEO

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Niderlandda Trampın başı formasında ölümcül həblər satışa çıxarıldı

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşünü izləyiblər - FOTO

Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Putin ŞƏT sammitində Paşinyana Moskvanın mövqeyini bir daha açıqlayacaq

Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO

Peskov: “Biz ermənilərdən daha çox erməni ola bilmərik” - VİDEO

Putin Bişkekdə Ərdoğanla görüşəcək

Putin Bişkekdə Ərdoğanla görüşəcək

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Arda Güler qol vurdu, "Real" darmadağınla liderliyini qorudu - VİDEO

Bərə qəzası ilə bağlı kapitan və 7 nəfər həbs olundu

Bərə qəzası ilə bağlı kapitan və 7 nəfər həbs olundu

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Kürdəmirdə qaranlıq yol yenə qəzaya səbəb oldu - VİDEO

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Şimali Kipr sahillərində batan bərənin ilk VİDEOSU

Tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim vəfat etdi - FOTO

Peskov Putin, Tramp və Zelenskinin mümkün görüşündən danışdı - VİDEO

Peskov Putin, Tramp və Zelenskinin mümkün görüşündən danışdı - VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Şimali Kiprdə ölənlərin sayı artdı

Şimali Kiprdə ölənlərin sayı artdı

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

End of content

No more pages to load

RADİO