“Ölkədə parlament seçkiləri təyin edildikdən sonra istefa verəcəm”.
Bizim.Media xəbər verir ki, bu abrədə Serbiya Prezidenti Aleksandor Vuçiç "Pink" telekanalının efirində bəyan edib.
Dövlət başçısının sözlərinə görə, o, artıq yavaş-yavaş əşyalarını daşıyır.
"Respublika prezidenti vəzifəsində mən parlament seçkilərini təyin etməliyəm, bundan sonra bir neçə gün keçəcək və mən istefa ərizəmi təqdim edəcəyəm", - deyə siyasətçi bildirib.
Xatırladaq ki, iyunun 27-də Belqradda keçirilən mitinqdə çıxış edən Vuçiç yaxın həftələrdə vəzifəsindən gedəcəyini, həmçinin növbədənkənar prezident və parlament seçkiləri təyin edəcəyini bəyan etmişdi.
Bizim.Media