İranın gələcək taleyi necə olacaq? - Ssenari

Artıq bir aya yaxındır ki, İranın müxtəlif bölgələrində mərkəzi hakimiyyətə qarşı ciddi etirazlar davam edir. 
 

Su qıtlığı ilə başlayan etirazlar qısa zamanda geniş miqyaslı aksiyalara çevrilib.


Aksiya iştirakçıları birbaşa İranın ali dini lideri Xamaneyini hədəf alaraq ona və ölkədə hakim olan şəriət sisteminə qarşı etirazlarını bildirirlər. Ekspertlər mövcud etirazların nə ilə nəticələnəyi və İranın gələcək taleyinin necə olacağı ilə bağlı isə bəzi məqamlara diqqət çəkirlər.
 

Etirazlar şiddətli olmasına baxmayaraq İran hakimiyyəti xalqa qarşı güc tətbiq etməyi üstün tutub.


Əksinə həlli vacib olan məsələlərin heç biri barəsində konkret tədbirlər görülməyib. İnsanların etirazını boğan İran hakimiyyəti bu addımları ilə yaxın gələcəkdə yeni etirazlar üçün zəmin hazırlayır. Qarşıdakı illərdə sosial və iqtisadi səbəblərlə etirazların sayı və miqyası, hökümətin isə sərt reaksiyaları İran üçün vəziyyəti daha da çıxılmaz edə bilər.
 

İranın mövcud infrastruktur sistemi problemlidir və uzun illərdir ki, yenilənməyib.


Qlobal iqlim dəyişikliyinin sürətlənməsi İrandakı problemlərin daha da qabarıq ortaya çıxması ilə nəticələnə bilər. İranın ərazilərinin böyük bir hissəsində quraqlıq müşahidə olunur. Qarşıdakı illərdə quraqlığın miqyası daha da artacaq. Hazırda problemli vəziyyətdə olan su sistemləri ardıcıl keçən quraq mövsümləri daha da dözülməz edəcək. Nəticədə, ölkə daxili köçlər sürətlənəcək və bölgələrdəki əhalinin böyük əksəriyyəti şəhərlərə axışacaq. Lakin İranın mövcud infrasturukturu bu həcmdə yükü qaldıracaq gücdə deyil.
 

İsrail və ABŞ kimi dövlətlər üçün İranın nüvə proqramı böyük təhdid olaraq qalır.


Əgər İranla konkret uzlaşma əldə olunmazsa, sanksiyalar və İranın daxilində qarışıqlıq yaratmaq cəhdləri daha da artacaq. İsrail və ABŞ-la rəqabət İranın böyük maliyyə vəsaitlərini xarici əməliyyatlara yönəltməyə, xaricdəki İran meylli qüvvələri dəstəkləmyə yönəldəcək. Bu isə daxili sarsıntıların fonunda İranı çıxılmaz vəziyyətə sala bilər. İran ya daxilə yönələcək və regiondakı gücünü itirəcək, ya da regiondakı gücünü qorumağa çalışacaq.
 

İranda baş verən aksiyalar hazırkı mərhələdə sosial və iqtisadi xarakter daşıyır.


Bu etirazlar çox asan şəkildə daxili siyasi münaqişələrə çevrilə və bölgənin ümumi geosiyasi vəziyyətinə öz təsirini göstərə bilər. Bu baxımdan son aylarda Ermənistanla yaxınlaşma İranın bölgədə özünə müttəfiq axtarışının ilkin addımdır. İran bu yolla yaxın gələcəkdə onu gözləyən iqtisadi tənəzzüldən və daxili böhrandan xilas olmağa çalışır. Çünki Ermənistan İran üçün həm xarici bazar, həm də ölkəyə Qərb məhsullarının gətirilməsi üçün bir pəncərədir.

İndiki anda Ermənistanla əlaqələri genişləndirmək İranı gözləyən böhranlı vəziyyəti bir az da olsun yubatmağa xidmət edir. Lakin bu addımların İranı tam şəkildə xilas edəcəyinə ümidlər çox azdır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

End of content

No more pages to load

RADİO