Ağdamın işğaldan azad edilmiş bir sıra kəndləri istiqamətində açıq ərazidə baş verən yanğın davam edir.
Bizim.Media-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, alov əsasən minalanmış və partlamamış döyüş sursatları ilə çirklənmiş əraziləri əhatə edib.
Yanğın ətrafdakı yaşayış məntəqələrindən də müşahidə olunur.
Əraziyə FHN-in Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media