Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının ilk paytaxtı Qəbələ şəhərinin yerində 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə arxeoloji tədqiqatlar aparılmaqdadır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, builki çöl-tədqiqat mövsümündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə şəhərin Qala adlanan ərazisində tədqiqatlar davam etdirilib.
 

Keçən əsrin 60-cı illərində görkəmli qəbələşünas-alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanan və yarımçıq qalan III qazıntı sahəsində bir ay ərzində aparılan tədqiqatlar zamanı iriölçülü kəsmə mədən daşlarından istifadə olunmaqla inşa edilmiş saray tipli ictimai binanın qalıqları aşkara çıxarılıb.


Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev bildirib ki, uzunluğu 18, hündürlüyü 1-8 metr olan tikili öyrənilməkdə olan sahədən şərqə doğru davam etməkdədir.

Bu isə həmin tikintinin daha əzəmətli olmasından xəbər verir:

“Şəhərin Səlbir və Qala adı ilə tanınan 30 hektarlıq ərazisində ilk dəfədir ki, belə əsaslı və möhtəşəm tikinti qalıqları aşkar olunub. Tədqiqat nəticəsində 220 kvadratmetrlik sahədə 4 əsas tikinti qatı və döşəmə qalıqları qeydə alınıb. Tikinti qatları xronoloji baxımdan ilk orta əsrlər dövründən XVIII əsrədək olan tarixi mərhələni əhatə edir. VIII əsrdən sonrakı dövrə aid tikililərin bünövrəsi çay daşından, üst hissəsi isə müxtəlif ölçülü bişmiş kərpicdən inşa olunub”.

Qafar Cəbiyevin sözlərinə görə, axtarışlar davam etdirilərkən Qəbələnin mövcudluğunun son 1000 illik dövrünü əhatə edən çoxsaylı, həm də rəngarəng çeşidli məişət qalıqları da üzə çıxarılıb. “Həmin nümunələrin içərisində tipi, bədii-texniki və texnoloji fərqlilikləri ilə seçilən zəngin keramika məmulatını xüsusi qeyd etmək olar.

Bunlar əsasən inşaat keramikası, şirli və şirsiz məişət qablarından ibarətdir.

Hansı ki, bu nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dünyasını və peşəkarlıq səviyyəsini müəyyən etmək baxımından da çox əhəmiyyətlidir. Yeni tapıntılar Qəbələnin Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolunu, onun dünyanın digər sənət və mədəniyyət mərkəzləri ilə əlaqələrini daha dərindən öyrənmək baxımından da əhəmiyyətlidir”, - deyə o diqqətə çatdırıb.

Professor deyib ki, hazırda öyrənilməkdə olan sahədə aparılan tədqiqatlar başlanğıc mərhələdədir. Bu tədqiqatlar 2500 illik tarixi olan qədim Qəbələnin tarixinin bir çox qaranlıq səhifələrinə işıq salacaq.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO