Ağ Evdəki danışıqlar məzmunlu keçib, Ukrayna və Amerika nümayəndə heyətləri Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar prosesini intensivləşdirmək barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbəri Kirill Budanov öz "Telegram" kanalında bəyan edib.
O əlavə edib ki, tərəflər diplomatik addımlar və təhlükəsizlik məsələlərindəki fəaliyyətlər barədə ətraflı söhbət aparıblar.
"Amerikalı tərəfdaşlarımızla birlikdə müharibənin tez bir zamanda və ədalətli şəkildə başa çatdırılmasının zəruriliyini aydın şəkildə anlayırıq", – deyə Budanov yazıb.
ABŞ və Ukrayna liderləri Donald Tramp və Volodimir Zelenski arasında danışıqlar iyulun 28-də baş tutub və təxminən bir saat davam edib.
Görüşdən sonra Zelenski bəyan edib ki, Tramp ilə "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raket-tutucuların istehsalı lisenziyalarını müzakirə edib. Tərəflər həmçinin diplomatik prosesin aktivləşdirilməsi barədə də danışıblar. Zelenski Tramp ilə görüşünü "yaxşı" adlandırıb.
Bizim.Media