“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məlum olduğu kimi, İran ölkəmizə qarşı daha bir skandal addım atıb. Bu dəfə Azərbaycan Televiziyası (AzTV) “İrana düşmən olan media qurumları” siyahısına daxil edilib. Bu ədalətsiz və qərəzli qərar İran rəhbərliyinin Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyində dayandığını bir daha nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, AzTV-nin sədri Rövşən Məmmədov İranın bu qərarına münasibət bildirib.

O vurğulayıb ki, Azərbaycan mediası İranla bağlı prosesləri hər zaman yalnız peşəkar jurnalistika prinsipləri çərçivəsində işıqlandırıb. Sədr bu addımın hansı hüquqi və ya məntiqi əsaslara söykəndiyinin anlaşılmaz olduğunu söyləyib. Rövşən Məmmədovun sözlərinə görə, AzTV-nin “düşmən media” siyahısına salınmasının əsas səbəbi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İran mediasının ölkəmizə karşı apardığı dezinformasiya kampaniyalarına təkzibedilməz faktlarla adekvat cavablar verilməsi ola bilər.

Həmçinin, baş verənlərlə bağlı Medianın İnkişafı Agentliyi də rəsmi bəyanat yayıb.

Bəyanatda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə istinad olunub. Həmin maddəyə əsasən, Media Reyestrinə daxil edilmiş azərbaycanlı jurnalistlərin fəaliyyətinə hər hansı xarici dövlət tərəfindən məhdudiyyət qoyularsa, Azərbaycan da qarşılıqlılıq prinsipi əsasında eyni addımı həmin ölkənin mediasına qarşı tətbiq etmək hüququna malikdir.

Qanunvericiliyin tələblərinə və qarşılıqlılıq prinsipinə uyğun olaraq, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İran media qurumlarına qarşı qətiyyətli qərar qəbul edilib. Bəyanata əsasən, İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, eləcə də onların nümayəndələrinin Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti rəsmən qanunsuz hesab olunub.

Göründüyü kimi, İranın bu qərəzli addımına Azərbaycandan hüquqi və qətiyyətli addım gecikməyib.

“Demokrat.az” xəbər portalının direktoru, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli Hit.az-a açıqlamasında deyib ki, İranın molla rejimi növbəti dəfə Azərbaycan dövlətinə qarşı öz düşmənçilik mövqeyini gizlətmədi:
 

“Bu dəfə molla rejimi AzTV-ni “düşmən media” qurumları siyahısına daxil etdi. Şübhəsiz ki, bu, son dərəcə narahatedici və təxribatçı qərardır. Azərbaycanın dövlət televiziyasının bu cür siyahıya salınması İran-Azərbaycan arasında informasiya münasibətlərinə siyasi gərginlik gətirir.


AzTV Azərbaycanın rəsmi mövqeyini və dövlət siyasətini ictimaiyyətə çatdıran əsas media qurumlarından biridir. Bu səbəbdən ona qarşı “düşmən media” ifadəsinin işlədilməsi təkcə bir televiziya kanalına deyil, həm də Azərbaycanın informasiya məkanına yönəlmiş təxribatçı təsiri bağışlayır”.

V. Həsənli əlavə edib ki, İranın bu addımı regionda iktərəfli əməkdaşlığının gələcəyi ilə bağlı mənfi siqnallar yaradır:

“Xüsusilə qonşu dövlətlər arasında informasiya körpülərinin qorunması indiki həssas geosiyasi şəraitdə daha vacibdir. Ümuniyyətlə, bu kimi media qurumlarını siyasi qarşıdurmanın alətinə çevirmək İrana fayda gətirməyəcək. Bu qərar həm Azərbaycan cəmiyyətində, həm də media ictimaiyyətində haqlı narazılıq doğurur”. (qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO