Azərbaycan XİN-dən Ermənistan XİN-ə cavab

"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən 11 avqust 2021-ci il tarixli bəyanatı Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 
 

"Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 Noyabr 2020 Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası “tutduqları mövqelərində dayanırlar” qeyd olunur.


Vurğulamaq istərdik ki, “dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir. 

Bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi "Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu" olaraq müəyyən edilmişdir.

Üçtərəfli bəyanatın 4 -cü bəndində isə xüsusilə qeyd edilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir". 

Üçtərəfli bəyanatın 6-cı bəndində deyilir ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. 
 

Beləliklə, üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur. 


Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi, və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir. 

Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir.

Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir.

Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur", - nazirlikdən qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

End of content

No more pages to load

RADİO