“Azərbaycanın bir mesaji İranı viran qoyar” – Tural Abbaslıdan ŞƏRH

“Azərbaycanla düşmənçiliyin faydalı olduğunu İran rejiminə kim deyibsə, farsları aldadıb. İran illərdir etdiyi yanlışlıqları təkrar etməməlidir. Belə addımlar Azərbaycanda İrana qarşı sevgisi olan 3-5 adam varsa, onların belə mövqelərini zəiflədir, Tehrana münasibətlərini dəyişir”.

Ağ Partiyanın sədri Tural Abbaslı Bizim.Media-ya verdiyi açıqlama zamanı belə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı: "Xalq birazdan təzək yandıracaq, pul yoxdur" - VİDEO


Saytımızın “İrana verilən nota və cənub qonşumuzun Qarabağa qanunsuz yük daşıması barədə nə deyə bilərsiniz?” sualına partiya sədri bildirib ki, əminəm ki, Azərbaycan tərəfində kifayət qədər faktlar var ki, İran bu və ya digər formada Azərbaycan ərazisindəki separatçı rejimə dəstək verir.

Tural Abbaslı ehtimal edir ki, Azərbaycan notaya qədər müxtəlif kanallarla İrana bu tip yükdaşımaların qarşısının alınması ilə bağlı xəbərdarlıq edib:

“Tam yerində bir etirazdır. Çünki biz dəfələrlə qeyd eləmişik ki, İran bizim üçün dost dövlətdir. Ancaq İran nədənsə Azərbaycanı dost dövlət kimi görmək istəmir. Əslində İran rejimi, orada iqtidarda olanlar xalqın iradəsinin əleyhinə gedərək Azərbaycanla dost siyasətli düşmən siyasəti yürütməyə çalışır. Molla rejimində nədənsə belə bir yanaşma var ki, əgər Azərbaycan güclənsə, bu, İranın maraqlarına ziddir. Məncə İran atəşlə, alovla oynayır. Orada yaşayan 40 milyonluq Azərbaycan xalqı faktorunu unudur. Əminəm ki, Azərbaycana olan münasibəti İranın daxili siyasətində də ciddi böhranlar yarada bilər.

Çünki buradan verilə biləcək hər hansı bir mesaj İran daxilində siyasi qarşıdurmalara gətirib çıxarmaq gücündədir.

Belə bir şey baş versə, İran viran qalar. Xatırlayırsınızsa, Qarabağ müharibəsinin ilk günlərində İranda yaşayan soydaşlarımız ayağa qalxdılar, yolları kəsdilər ki, İran Ermənistana yardım göstərməsin. Ardınca İran məcbur qaldı ki, geri addım atsın. İndi də yəqin gözləyirlər ki, biz buradan çağırış edək və deyək ki, iqtidarınızı terrorçulara dəstək verməkdən çəkindirin. Düşünürəm ki, İran bu məsələdə gec olmadan geri addım atar və Azərbaycanla normal qonşuluq-dostluq siyasəti qurmağa başlayar”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

End of content

No more pages to load

RADİO