İranın NÜVƏ təhdidləri: Əslində nə baş verir?

“İsrailin müdafiə naziri keçən həftə BMT Təhlükəsizlik Şurasında İranın çox az bir müddətdə nüvə silahı yaradacağı ehtimalından danışıb. İranın nüvə silahı əldə etməsinə yaxınlaşması haqqında xəbərdarlığı tək İsrail Müdafiə Naziri deyil, ABŞ Dövlət katibi da bir neçə ay bundan öncə edib”.

Bu sözlər politoloq Yeganə Hacıyevanın Bizim.Media üçün yazdığı özəl şərhdə qeyd edilib.

Politoloq xatırladır ki, Entoni Blinken bu ilin fevralında müsahibəsində İranın nüvə silahı əldə etməsinə cəmi bir neçə ay qaldığını bildirib:

“Bu ilin aprel ayından etibarən Vyanada İranla 2015-ci il nüvə sazişinə qayıtmaq istiqamtində Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya arasında İran nüvə anlaşmasının ilkin formada bərpası problemi ilə bağlı danışıqlar aparılırdı. İranla Nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına daxil olan dövlətlərin nümayəndələri İranın iştirakı olmadan ABŞ nümayəndə heyəti ilə ayrıca məsləhətləşmələr aparıblar. Nümayəndə heyətlərinin danışıqları iyunun əvvəlində başa çatdırmalı idi. Lakin seçkidə İranin yeni mühafizəkar prezidenti Rəisinin qələbə qazanması ilə bu danışıqlar dalana dirənib”.
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ-ın Şerlok Holmsı” CİA rəhbəriliyinə namizəd təyin edildi


Yeganə Hacıyeva haşiyədən çıxaraq İranın nüvə enerjisinin istehsalı üçün ilk addımlarını 1967-ci ildən atmağa başladığını qeyd edib. Şah rejiminin devrilməsindən sonra isə yeni hökumət bu istiqamətdə işləri dondurub və AES-lərin tikintisindən imtina edib. Lakin 1992-ci ildən başlayaraq isə nüvə sənayesinin inkişafına start verib. 2015 ci il Nüvə Razılaşması isə  İranın nüvə proqramını nəzarətə götürmək istiqamətindədir və altı mühüm şərtdən ibarətdir.

Razılaşmaya əməl olunacağı təqdirdə ilk addım olaraq İrana məxsus zənginləşdirilmiş uranın 97 faizi başqa ölkələrə veriləcəkdi:

“1. İran 15 il ərzində yeni AES tikməyəcək və uranı ancaq 3.67 % səviyyəyə qədər zənginləşdirəcək.

2. Uranın zənginləşməsi üçün işləyən sentrafuqaların sayını 3/2 sini dayandıracaq, yəni 19000 ədəd sentrafuqadan cəmi 6104–ü aktiv olacaqdı. İrəlidəki 10 il ərzində isə ancaq 5060 sentrafuqa elmi və səhiyyə məqsədi ilə digər materiallarla çalışacaqdı.

3. İran ancaq birinci nəsil İR-1 tipli sentrafuqalardan istifadə edə bilərdi , 10 il ərzində isə yeni model sentrafuqaların istifadəsinə və işlənməsinə qadağa qoyulurdu. 

4. Natanzda işləyən yeni İR-2 nəsil sentrafuqalar isə sökülərək MAQATE–nin müşahidəsi və nəzarəti ilə anbarlara yerləşdirilmişdi.

5. 15 il ərzində Furdo obyektində uran zənginləşdirilməyəcək, ora nüvə fizikası üzrə elmi mərkəz kimi fəaliyyət göstərəcək və ümumiyyətlə isə İran ərazisində irəlidəki 15 il ərzində uranın zənginləşdirilməsi ancaq Natanzda aparılacaqdı.

6. Arakdakı plutoniy emalı zavodundakı avadanlıq isə ya məhv edilməli ya da digər bir ölkəyə satılmalı və zavod silah üçün yararlı olmayan plotoniy istehsalı avadanlığı ilə əvəz edilməli idi. Zavodda indiyə qədər Arakda toplanmış nüvə yanacağı digər neytral ölkəyə verilməli idi”.

Politoloqun sözlərinə görə, İran tərəfindən razılaşmanın şərtlərinə əməl edilməsi MAQATE nəzarətindəydi. Razılaşma özündə İran nüvə proqramına 10 illik beynəlxalq nəzarəti nəzərdə tuturdu:

“ABŞ və İsrailin İranın nüvə proqramı ilə bağlı iki fərqli baxışı var. ABŞ iqtisadi razılaşmalarla İranın nüvə proqramını nəzarətə götürmək istəyir , İsrail isə ümumiyyətlə İranın nüvə proqramına son qoymasını istəyir. Hal hazırda İran İsraillə İraqda, Suriyada, Livanda, Qəzzada və dənizdə hərbi qarşıdurması mövcuddur ancaq buna qədər İran rəqibləri ilə açıq qarşıdurmadan qaçmaqla gərginliyi məhdudlaşdırırdı. Bu günlərdəki gərginlik həm də Tehranın Hind Okeanında İsrail mallarını daşıyan Yaponiyaya məxsus “Mercer Street” tankerinə hücum etməsi ilə bağlıdır. 

İranın nüvə silahını əldə etməsi İsraildən daha çox  regionda ABŞ-ın maraqlarına cavab vermir. Çinki bu halda  Misir və Səudiyyə Ərəbistanı kimi digər regional oyunçular ABŞ-ın İsrail maraqlarını yetərincə qorumamasına görə öz nüvə arsenallarını qurmağa qərar verəcəklər.

Bu da özlüyündə onsuz da barıt çəlləyi kimi olan regionda eskalasiyanı gərginləşdirəcək. 

Bəs İranın nüvə texnologiyasında irəliləməsi ilə bağlı qorxular nə dərəcədə haqlıdır, sualı isə hələ də açıqdır. Məsələ ondadır ki, İranın nüvə partlayıcı qurğular üçün lazım olan uranın  90% səviyyədə zənginləşdirdiyinə dair İran rəsmilərinin sözündən başqa heç bir dəlil yoxdur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

End of content

No more pages to load

RADİO