Elmar Məmmədyarov gəlini haqqında: "Erməni ilə qan qohumluğumuz yoxdur"

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun demokrat.az-a müsahibə verib.

Bizim.Media həmin müsahibəni sizə təqdim edir:

— Bu yaxınlarda Rusiya Dövlət Dumasının üzvü Vladimr Jirinovski yenidən Azərbaycanla bağlı sərsəm açıqlamalar verib. Onun fikirləri ilə tanışsınızmı?

— Bəli, tanışam. Bu, Jirinovskinin ilk belə açıqlaması deyil. Mənim nazir fəaliyyətim dövründə də onun bu cür çıxışları zamanı Rusiyaya bu ölkədəki səfirliyimiz vasitəsilə etiraz nota göndərirdik. Jirinovskinin mövqeyi bəllidir. Onun bu cür çıxışları əsas yerli auditoriya üçün nəzərdə tutulub.

Onun imici belədir. İnanmıram ki, Jirinovskinin bu açıqlamaları nəyisə dəyişdirsin. Azərbaycanla Rusiya arasındakı yüksək əlaqələrə bu cür açıqlamalar ziyan vurmaz, çünki Jirinovskini hamı tanıyır. Moskvadakı siyasi elitada da o, yaxşı tanınır. Hər kəs bilir ki, onun çıxışları hər zaman belə sərtdir. Ona görə də, onun işlətdiyi ifadələrin nəyisə dəyişdirəcəyini düşünmürəm.
 

MÖVZU İLƏ BAĞLI:

Elmar Məmmədyarov: ”Mən artıq nazir deyiləm, məlumatları ordan-burdan alıram” - MÜSAHİBƏ


— Sizcə, Jirinovskinin bu cür sərsəm açıqlamalarını ciddiyə almaq lazımdırmı?

— Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı. 

Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib.

Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik.

Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm.

— Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan qardaş ölkəyə dəstək göstərir, yardım qrupları göndərib Bununla bağlı siz nə deyə bilərsiniz?

— Bizim cənab Çavuşoğlu ilə dostluq münasibətlərimiz var və bu gündə davam edir. Belə günlərdə Türkiyəyə yardım mütləq lazım idi. Cənab Prezidentin göstərişi ilə xeyli sayda texnika və canlı qüvvə Türkiyəyə göndərildi. Bu hadisələrdə qardaş Türkiyənin yanında olmalı idik. Azərbaycan Türkiyəni birmənalı şəkildə dəstəkləməli idi və Prezidentin tapşırığı əsasında bu, reallaşdı. Bu, çox böyük və qardaşlığa yaraşan addım oldu. Fürsətdən istifadə edib, qardaş Türkiyənin bu bəladan tezliklə xilas olmağını arzu edirəm. 

— Zaman-zaman övladlarınız haqqınızda ermənilərlə qohumluğunuz barədə söhbətlər gündəmə gəlir. Hətta, övladınızın erməni əsilli xanımla evlənməsi kimi xəbərlər yayılıb. İstərdim ki, bu söz-söhbətlərlə bağlı dəqiq açıqlamanı öz dilinizdən eşidək.

Oğlunuzun erməniəsilli xanımla ailə həyatı qurması doğrudurmu?

— Xeyr, bu əsla ola bilməz. Nə mənim ailəmin, nə də gəlinimin nə ana tərəfdən, nə də ata tərəfdən erməni ilə qan qohumluğu yoxdur, olmayıb da. Bunlar hamısı boş-boş söhbətlərdir. İndi ad qaralamaq istəyən adamlar çoxdur, niyə etmək istəyirlər bilmirəm, özləri bilərlər. Necə deyərlər, babalı onların boynuna. Ona görə də, bu məsələni heç şərh etmək belə istəmirəm.

— Bəs gəlininiz hansı millətin nümyəndəsidir? 

— Övladımının həyat yoldaşının bir tərəfi italyan, bir tərəfi isə irlandiyalıdır. Qudalarım isə rəhmətə gediblər. Gəlinim çox yaxşı insandır, peşəkar həkimdir. Gəlinim oğlumla Amerikada  universitetdə bir yerdə oxuyublar, elə orada tanış olub, evləniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

End of content

No more pages to load

RADİO