Rusiyadan “hərbi təlim” mesajı – Cənubi Qafqazda yeni cəbhə açılır?

Rusiya kütləvi informasiya vasitələrin verdiyi məlumata görə, Silahlı qüvvələrin Cənub Hərbi Dairəsi genişmiqyaslı təlimlərə hazırlaşır. Avqustun 9-dan sentyabrın 15-nə kimi davam edəcək təlimlər Cənub Hərbi Dairəsinin 20-yə yaxın hərbi poliqonunda icra olunacaq.

Məlumata görə, təlimlər əsasən Astarxan, Rostov, Stavropol, Kuban, Dağıstan, Çeçenistan və Kırımda həyata keçiriləcək. Quru qoşunları ilə yanaşı Qara və Xəzər hərbi dəniz donanmalarının, Rusiya ərazilərindən kənarda yerləşən və Cənub Hərbi Dairəsinin nəzarətində olan Abxaziya, Cənubi Osetiya və Ermənistandakı hərbi bazaların da təlimlərə qoşulması gözlənilir. Bütövlükdə Cənub Hərbi Dairəsini əhatə edən hərbi təlimlərin məqsədi isə tam olaraq açıqlanmayıb. 

Hərbi təlimlər Rusiyanın təsir müxanizmidir

İlkin olaraq təlimlər son illərdə Rusiyanın ölkənin qərbində və şərqində ardıcıl olaraq keçirdiyi digər hərbi təlimlər çərçivəsində qiymətləndirilməlidir. Müşahidələr göstərir ki, hərbi təlimlər Rusiya üçün önəmli güc nümayişi və Rusiyanın aqressiv siyasətinin göstəricisidir. Sovet İmperiyası dönəmindən etibarən Rusiya öz rəqiblərinə qarşı siyasi mövqeyini ifadə etmək üçün hərbi təlim amilindən geniş istifadə edir.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvanın QIZIL hədəfləri – Zəngəzur Rusiyanın da qurtuluş YOLUDUR


Adətən Rusiyanın verdiyi mesajlar hərbi təlimlərin keçirildiyi ərazilərdə xəyali düşmən hücumunun qarşısını almağa və ya düşmənə qabaqlayıcı zərbə endirməyə hesablanmış addımlar olur. Bu isə öz növbəsində təlimin kimə qarşı yönəldiyini və hansı məqsəd daşıdığını müəyyən etməyə imkan verir.

Məsələn, Uzaq Şərqdə keçirilən təlimlər birbaşa olaraq ABŞ və Rusiyanın regiondakı maraqlarının toqquşduğu Çin və Yaponiya kimi dövlətlərə mesaj xarakteri daşıyır. 

Şərqi Avropada, xüsusilə Belarusiya ilə sərhəd zonalarında icra olunan hərbi təlimlər isə NATO-ya mesaj kimi qiymətləndirilir. Son dövrlərdə Rusiya Ukrayna sərhəddində hərbi təlimlərin sayını artırıb və bu da iki ölkə arasında Kırım, Donetsk-Luqansk bölgələrində davam edən münaqişə ilə bağlıdır. Bu baxımdan Rusiyanın Cənub Hərbi Dairəsində start verdiyi yeni hərbi təlimlərinin kimə qarşı yönəlməsi bəzi suallar doğurur.

Hərbi təlimlər hansı mesajları verir?

Ekspertlərin fikrincə, hərbi təlimlərin miqyasının geniş olması Rusiyanın vermək istədiyi mesajların çoxşaxəli olması ilə bağlıdır. Rusiya Ukraynadan Xəzər regionuna qədərki bölgədə öz maraqlarına əks olan bir sıra fəaliyyətlərdən narahatdır və bu narahatlığın qarşısını almaq üçün aqressiya nümayiş etdirməyə çalışır.

Belə ki, təlimlərin Qara dəniz, Kırım, Stavropol, Kuban və Rostov fazası birbaşa olaraq Ukraynaya və onun yaxın müttəfiqi olan NATO-ya mesaj verməyə hesablanıb. Çünki Ukrayna son aylarda Qərbin Rusiyaya yönəlik sanksiyaları artırması istiqamətdə fəal kampaniya aparır.

NATO-nun dəstəyi ilə silahlanmaqda davam edən və müharibə ritorikasından istifadə edən Ukraynanın fəaliyyətləri Rusiyanı qıcıqlandırır.

Dağıstan, Ermənistan, Abxaziya və Cənubi Osetiyadakı hərbi fəaliyyətlər isə Cənubi Qafqazda güclənməyə çalışan Qərbə verilən birbaşa mesajdır. Rusiya bu mesajla bölgəyə kənar güclərin hər hansı formada daxil olmasına qarşı konkret mövqeyini göstərməyə çalışır. Çünki Cənubi Qafqaz Rusiya üçün mühüm geosiyasi əhəmiyyətə malik regiondur və Rusiya özünə qarşı burada ikinci bir cəbhənin açılmasını istəmir. 

Rusiya son aylarda Fransa və ABŞ-ın Ermənistan və Gürcüstandakı fəaliyyətlərindən, eyni zamanda Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərindən xəbərdardır. Xüsusilə Ermənistanın bölgədə sabitliyi pozmağa çalışması və ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-Fransa cütlüyü üçün bölgəyə yeni müdaxilə kanalları yaratması Rusiya üçün arzuolunmaz bir haldır.

Görünən odur ki, Rusiya son günlər Cənubi Qafqazda və Ukraynada baş verən hadisələrdən ciddi şəkildə narahatdır.

Bu narahatçılıq və bölgədə baş verənlərə təsir etmək imkanlarının azlığı isə Rusiyanı daha da aqressivləşdirir. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

İran daha iki İsrail casusunu edam etdi

İran daha iki İsrail casusunu edam etdi

Meloni yaxın günlərdə Bakıya gələcək

Meloni yaxın günlərdə Bakıya gələcək

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

End of content

No more pages to load

RADİO