Ermənistanın KTMT illüziyası – İrəvanın sevindiyi məqamlar hansılardır?

Avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanın paytaxtı İrəvana səfər edib. Səfər çərçivəsində baş katibin Ermənistanın baş naziri Nikol Paşinyan və bir sıra önəmli dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi qeyd olunur. Stanislav Zas Ermənistan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Təhlükəsizlik Şurası ilə görüşlərə də qatılacaq. 

Səfərin son günlərdə Ermənistan Azərbaycan dövlət sərhəddində baş verən insidentlərin fonunda baş tutması olduqca maraqla qarşılanır.

Xüsusilə Ermənistan tərəfinin bu insidentlər zəminində KTMT-ni prosesə daxil etmək cəhdləri səfərin əhəmiyyətini daha da artırır. Lakin KTMT baş katibin Ermənistana səfərinin ciddi nəticələrinin olacağı ilə bağlı konkret fikir söyləmək çətindir. 
 

MÖVZU İLƏ BAĞLI:

KTMT baş katibi Ermənistana gəldi – SƏBƏB


Digər önəmli məsələ isə bu ilin sentyabrında KTMT-nin sədrliyinin Ermənistana keçməsi ilə bağlıdır. Qarşıdakı iki il müddətində quruma sədrlik edəcək Ermənistanın öz mövqeyindən istifadə edərərək KTMT-ni Cənubi Qafqazdakı proseslərə daxil etməyə cəhd göstərəcəyi ehtimal edilir. Əsas sual isə KTMT-dəki sədrliyin bu prosesdə Ermənistana nə qazandıracağı ilə bağlıdır.

Ermənistanın gözləntiləri nələrdir?

Cənubi Qafqazdakı yeni reallıqlar Ermənistanın qarşıdakı iki illik müddəti maksimal şəkildə dəyələndirməyə çalışacağını söyləməyə əsas verir. Çünki Ermənistan məğlub dövlətdir və atacağı addımlar onu yeni məğlubiyyətlərə sürükləyə bilər. KTMT-yə sədrlik isə Ermənistan üçün toxunulmazlıq imkanı verə bilər. Sərhədlərinin müəyyənləşdirilməsi prosesində hələ də bir sıra mübahisəli ərazilərin olduğunu nəzərə alsaq, Ermənistan üçün KTMT-yə sədrlik daha da önəm qazanır. Ermənistan üçün Azərbaycan tərəfinin sərhədlərin müəyyələşdirilməsi istiqamətindəki fəaliyyətini “hücum” kimi qələmə vermək və təşkilatın gündəliyinə çıxarmaq daha asan olacaq.

Ermənistan təşkilat sədrliyini Rusiya ilə yeni müzakirə platforması olaraq görür və bu postdan iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün istifadə etmək niyyətindədir. Çünki Ermənistan təşkilatda əsas qərarverici gücün Rusiya olduğunun fərqindədir. Məhz bu səbəblə Ermənistan qarşıdakı iki ildə Rusiyanın maraqlarından çıxış etməklə hazırda soyuq olan münasibətləri inkişaf etdirməyi hədəfləyir.

Ermənistanın KTMT-yə sədrliyi nə vəd edir?

Prosesi dəyərləndirmək üçün ilk növbədə KTMT-nın statusunu düzgün qiymətləndirməyə ehtiyac var. Hökümətlərarası qurum olan KTMT hərbi blok xarakteri daşısa da, mahiyyəti etibarilə Rusiyanın həlledici qərarları müəyyən etdiyi birlikdir. Yəni təşkilatda Rusiyanın maraqlarına uyğun olmayan hər hansı qərarın verilməsi mümkün görünmür. Ən azından tarixi təcrübə bunu deməyə əsas verir. Cənubi Qafqazdakı hazırkı vəziyyət isə Rusiyanı qane edir, çünki Rus sülhməramlıları Qarabağda yerləşdirilib və təhlükəsizliyin qarantı rolunda çıxış edir.

İkinci olaraq Ermənistanın daha əvvəl də oxşar formada quruma sədrlik təcrübəsi mövcuddur.

Belə ki, Ermənistan 2017-2018-ci illər ərzində Yuri Xaçaturovun baş katibliyində KTMT-yə sədrlik edib. Bu zaman da Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın ciddi işlər görəcəyi və münaqişənin öz lehinə həll olunması istiqamətində addımlar atacağı düşünülürdü. Ancaq Xaçaturovun baş katiblik müddəti Ermənistan üçün hər hansı ciddi nəticə ilə yadda qalmadı.

Üçüncü olaraq KTMT-dəki güc bölgüsü də Ermənistanın lehinə deyil.

Təcrübə göstərir ki, Rusiyadan sonra təşkilatın iki əsas gücü olan Belarusiya və Qazaxıstan Azərbaycanla yaxın münasibətlərə malikdir. Məhz bu münasibətlər fonunda KTMT-də Azərbaycana qarşı hər hansı radikal qərarların qəbul olunacağı ehtimalı elə də məntiqli görünmür.

Nəhayət dördüncü olaraq Ermənistan siyasətinin inkişaf dinamikası da KTMT-dəki fəaliyyətlərə təsir edəcək əsas amildir. Ermənistan son seçkilərdən sonra ABŞ və digər Qərbli müttəfiqləri ilə olduqca yaxın münasibətlərə malikdir və bu münasibətləri hər keçən gün inkişaf etdirir. Rusiya ilə əlaqələr isə 2018-ci illə müqayisədə olduqca geriləyib.

Məhz bu səbəblə Qərbə doğru meyllənməyə çalışan Ermənistanın KTMT-də söz sahibi olacağı çox da inandırıcı görünmür. 

Növbəti iki ildə KTMT-də Ermənistanın bütün gücündən istifadə etməyə cəhd göstərəcəyi aydındır, lakin reallığı dəyişdirmək heç də ermənilərin düşündüyü qədər asan deyil.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Culfada kanaldan qadın meyiti tapıldı

Culfada kanaldan qadın meyiti tapıldı

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Günəş kremi sizi niyə tam qorumur? – BUNLARI MÜTLƏQ BİLMƏLİSİNİZ

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Hamiləlik dövründə Omeqa-3 çatışmazlığı uşaqda hansı RİSKİ YARADIR?

Arda Gülər ən yaxşı oyunçu seçildi

Arda Gülər ən yaxşı oyunçu seçildi

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Əhaliyə XƏBƏRDARLIQ - Yeni dələduzluq üsulu yayılıb - DİQQƏTLİ OLUN!

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

Tramp: “İran bizə lazım olan razılaşma ilə gəlmir”

End of content

No more pages to load

RADİO