III Dünya savaşı 3 cəbhədə gedir – Dünya xəritəsində YENİ DÖVLƏTLƏR

İsrailin İran, ABŞ-ın COVİD ilə Çin basqısı, Avropa da "yakrı"nı Rusiyaya atmaq istəyir. III Dünya Savaşının 3 cəbhəsi yaranır.

Bizim.Media xəbər verir ki, İsrail ilə İran arasında soyuq və düşmənçilik formalı münasibətlər yeni xəbər deyil.

Benyamin Netanyahunun, ondan əvvəlkilərin də dönəmində ölkələrin baxış bucaqları toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

"Ərazi mübadiləsini istisna etmirəm" – Erməni deputat Qazaxın 7 kəndindən danışdı


Bennetlə Rəisinin körfəz rinqi...

Naftali Bennet isə anti-İran siyasətilə ən çox seçilən yəhudi diplomatlardandır. İsrailin İranla körfəz toqquşmaları da buna misaldır. Hərçənd İsrailin müdafiə naziri avqustun 5-də İrana hücum etmək üçün ordunun hazır olduğunu açıqlayıbsa, bu ölkələr arasında mühartibənin olacağı istisna deyil. Nəzərə almaq lazımdır ki, İranın yeni prezidenti İbrahim Rəisi də sərt siyasətilə populyardır. Yəni, İsraildən savaş təhdidi qabararsa, Tehran lideri alternativlərə yox, elə topa topla cavab verəcək. Təsdiq kimi, körfəzdəki insidentlərdə hücuma İranın başladığını xatırlatmaq yetərlidir.

Bununla yanaşı, İsraili İranla savaşa meyilləndirən səbəblərdən biri də Hizbullah-Həmas iş birliyi, yaxud təhdidir.

May ayında Fələstinin İsraili raket zərbələrinə məruz qoyması da qisas amilini soyutmayıb. İsrail həm də İranın Livandakı dayaqlarını laxlatmaq istəyir ki, regiona nəzarəti tam realladıra bilsin. Əlbəttə ki, Suriyanı da unutmaq olmaz. 

COVİD atışmaları “armrestling”dən savaşa çevrilə bilər 

Koronavirus ittihamları ilə dolu Vaşinqton-Pekin qolgücü yarışları savaş astanasındadır. Koropnavirusun ilk olaraq Uhanda qeydə alınması və qısa zamanda Avropanı cənginə alması, ardınca bütün dünyaya yayılması Çini son illərin əsas müzakirə mövzusuna çevirib. Çünki pandemiyanın udan tərəfi kimi Pekin göstərilir və elə təkcə tibbi maska satışından bu ölkə 90 milyard ABŞ dolları qazanıb. Vaksin qazancları da qeyd olunmalıdır. Buna görə böyük güclərin Çinə şübhə və ittihamları artmaq üzrədir. 2021-ci ildə ÜST-ün Uhan araşdırmaları dəqiq nəticə verməsə də, Amerika kəşfiyyatı avqust ayında virusun mənbəyini tapdığını açıqlayıb. Və ünvan kimi Çindəki laboratoriyalar göstərilib. Həmin laboratoriyada COVİD-dən başqa 20 əlavə virusun da olduğu deyilir. 

Əslində ABŞ-ın Çinə müharibə elan etməsi üçün koronavirus xırda səbəbdir.

Böyük bəhanələr arasında Çinin inkişaf tempinə görə ABŞ-ı hegemon mövqeyindən salması, səhiyyə ilə yanaşı müdafiə və kosmonavtikada uğurları var. Siyahıya uyğur problemini də əlavə etmək olar. Həmçinin Çinin əsas tərəfdaşları arasında Rusiya və İranı da görmək olar ki, Ağ Ev bu dövlətlərə sanksiya hədəfi kimi yanaşır. Baydenin İranla yumşaq davranması, Putinlə görüşü, Krıma görə Rusiyanı sıxmaması, Cənubi Qafqaz mövzusunda çox da təzyiq göstərməməsi Kremli ələ almaq cəhdi kimi də qiymətləndirilir. Moskvanı Pekinə qarşı yönəltmək üçün Çinin Amur çayı hövzəsində artan nüfuzu əsas gətirilə bilər. Proses belə davam etsə, Çinin təklənməsi gözlənilir. Çünki İran İsrail və NATO ilə münasibətləri aydınlaşdırmaqla məşğul olduğu halda Rusiyanın da başı Avropaya qarışacaq. 

Avropa Rusiyada lövbər salmaq fikrindədir!

2014-cü il Krımın ilhaqı, Donetsk və Luqansk qondarma rspublikalarının yaranmasında  sonra onsuz da Rusiyaya tərs baxan Avropanın Kremlə mümnasibəti daha da pisləşdi. Merkellə Putin arasında qalmaqallı görüşlər, bir-birilərini təhqir etmələri Almaniyanın Ukraynanı dəstəkləməsindən irəli gəlir. Əslində Fransa da Zelenskimeyilli siyasət qurur, lakin Paris Qarabağ və köhnə həmsədrlik məsələlərinə görə bəzən Rusiyaya göz yumur. Moskvanın Qara dənizdə möhkəmlənməsini Britaniyanın Avropa İttifaqından çıxması ilə də əlaqələndirənlər var.

Çünki belə olan halda Avropadakı ikitirəlik daha da qabarıq hal alıb. Yəni, Londonla Paris soyuqluğu Rusiyanı Qara dənizdə sıxışdırmaq üçün Avropanın təzyiq gücünü azaldıb. Lakin Böyük Britaniyaya məxsus gəminin krım sahillərin yan alması, Putinin III dünya müharibəsi haqqında bəyanatı çox suala aydınlıq gətirib:

“III Dünya Savaşını etməzlər. Çünki məğlub olacaqlarını bilirlər”

ABŞ-Britaniya siyasi xətti Vladimir Putin kimi düşünmür. Onlar bilirlər ki, Çindən mümkün Amur irəliləməsi, bir yandan Cənubi Qafqaz təhdidi, Gürcüstandan Cənubi Osetiya və Abxaziya, Ukraynadan Krım, Moldovadan Dnestryanı tələbləri Rusiyanı gücdən salır. Eyni anda 6-7 qaynar nöqtədə mövqelərini qoruya bilmək isə Kreml üçün inandırıcı səslənmir. 

Proqnozlara inansaq, Rusiya və İranın parçalanması gözlənilir. Nəticədə, Kreml ilhaqları yekunlaşacaq, hətta Dağıstan, Çeçenistanın və Rusiyanın başqa muxtariyyətlərin müstəqilliyi ola bilər. İranın parçalanması isə Xuzistan, Bəlucustan, Kürdüstan və Cənubi Azərbaycan kimi yeni dövlətlərin yaranması deməkdir.

“Çin ABŞ-Britaniya oyununun bir hissəsisdir” deyənlər də var, orada Uyğur Respublikasının yaradılacağını düşünənlər də...

Bu planın müəllifləri isə bilir ki, əvvəlcə hər 3 dövləti – Rusiya, İran və Çini təkləmək lazımdır. Əks halda parçalanan dövlətlərin xəritəsi dəyişəcək.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

End of content

No more pages to load

RADİO