Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”

“Kim deyir ki, Azərbaycanda şovinizm yoxdur? Türksən gözüm aydın, ol da türk. Gəl otur başımda. Bizdə də elələri var. Yəni, cəmiyyətin ən az tərbiyəli, ən az savadlı hissəsi özünü millətçilik hesabına məğrur, qüdrətli hesab edir”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə Bizim.Media-nın şovinizmlə bağlı sualını cavablandırarkən söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistana bu fürsəti Azərbaycan verir...” - Asim Mollazadədən ŞƏRH


O, bildirib ki, cəmiyyət də, xalq da öz konkret nailiyyətlərinə görə tanınır. Azərbaycan dünyada hələ elə bir əzəmətli iş görməyib ki, xalq bununla fəxr eləsin:

“Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi də, türkük, türkük. Türk olub neyləmisən? Elədiyin göz qabağındadır”.

Zərdüşt Əlizadə saytın “amma heç gerçək tarixi, dövlətçilik ənənələri olmayan ermənilər də şovinistdirlər” müdaxiləsinə isə belə cavab verdi:

“Onlar xəstə millətdir. Şovinizm onlarda milli xəstəliyə çevrilib, başlarına hava gəlib”.

- Buna görə də şovinizmin olmasının, yaxud olmamasının müsbət və mənfi tərəflərini sizdən öyrənmək istəyirdik. Hansı halda şovinizm yaxşı, hansı halda pisdir? Yoxsa ümumiyyətlə pisdir?

“Şovinizm ziyanlı bir şeydir. Milli qürur, dövlət millətçiliyi müsbət şeydir. Bu imkan verir ki, dövlət öz hüquqlarını, mənafeyini qorusun. Amma hər şeyin əndazəsi var da. Millətçilik əndazəsini keçəndə olur şovinizm. Milli qürur – bəli, mən fəxr edirəm ki, mənim millətimdə tarixən və indinin özündə də yaxşı, nəcib, müsbət insanlar olub. Onların əməlləri ilə fəxr eləməyə dəyər.

Amma...

Osmanlı sultanlarının elələri var ki, onlar Osmanlı dövlətinə baş ucalığı yox, eyib gətiriblər. Azərbaycan tarixində elə rəhbərlər olub ki, bizim boyumuzu yerə soxublar. Elə ziyalılar var ki, biz onlardan utanırıq. Yaltaqlığından, ikiüzlülüyündən, boş-boş şeylər yazırlar. Amma elə sadə insnalar var ki, onlarla fəxr eləmək olar.

Varlı deyillər, lakin çox mədəniyyətli insanlardlr. Hər şeyə nisbətdə baxmaq lazımdır. 

Hesab edirəm ki, şovinizmdən qaçmaq laızmdır, milli qürur hissi ilə yaşamaq olar, amma əsas şey dövlət millətçiliyi olmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

End of content

No more pages to load

RADİO