Kiber müharibədən “kiber terrorizm”ə keçid – ABŞ nəyi ANONS EDİR?

ABŞ prezidenti Co Bayden iyulun 27-də verdiyi açıqlamasında Birləşmiş Ştatlara son illərdə sürətlə artan kiber hücumlara toxunub. Təhlükənin həndəsi silsilə ilə artdığını qeyd edən prezident, bu cür hücumların davam etməsinin “əsl müharibəyə” gətirib çıxaracağını da əlavə edib. Baydenin açıqlamasında diqqət çəkən bir digər məqam isə baş verəcək müharibənin “böyük güclərdən” biri ilə olacağına yer verməsidir.

Digər tərəfdən Co Bayden verdiyi açıqlamasında haker hücumlarının birbaşa Rusiya və ya digər böyük güclər tərəfindən təşkil olunduğunu qeyd etməyib.

Lakin haker qrupların bu dövlətlərin ərazisində fəaliyyət göstərdiyini, bu səbəblə də dövlətlərin baş verənlərdə məsuliyyət daşıdıqlarını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO


ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar isə hücumlarda Rusiya mərkəzli proqram təminatından istifadə edildiyini göstərir. Bu səbəblə Bayden iyunun 16-da Çenevrədə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələyə toxunmuş və həmkarına 16 dövlət əhəmiyyətli sahənin kiber hücumlardan qorunması ilə bağlı siyahı təqdim etmişdi.

Kiber hücumların hədəfləri: maliyyə və nüvə silahları

Ekspertlərin fikrincə, Baydenin açıqlaması ABŞ-ın son illərdə kiber sahədə çoxsaylı hücumlara məruz qalması ilə bağlıdır. Qeyd edək ki, bu ilin mayında ABŞ-ın Şərq əyalətlərini enerji sərfiyyatının 45%-ni təmin edən “Colonial Pipeline” boru kəməri hakerlər tərəfindən bloklanıb. Boru kəmərinin fəaliyyətini dayandıran naməlum şəxslər bunun müqabilində külli miqdarda pul tələb edib. Eyni zamanda “SolarVind” proqram şirkətinə edilən hücum nəticəsində 33 min nəfər istifadəçinin şəxsi hesabları ələ keçirilib.

ABŞ rəsmilərinin məlumatına əsasən hazırda kiber hücumlarla daha çox özəl şirkətlər hədəf alınır. Lakin bir sıra önəmli dövlət qurumlarının, o cümlədən Milli Nüvə Agentliyinin də hədəflər arasında olduğu qeyd olunur. Federal Təhqiqatlar Bürosu tərəfindən hazırlanmış hesabatda 2020-ci il üçün ABŞ-a qarşı kiber hücumlarının əvvəlki illərlə müqayisədə 69% artdığı bildirilir. Özəl sektoru və bir sıra hökümət qurumlarını hədəf alınması nəticəsində ABŞ-a təkcə 2020-ci ildə 4.2 milyard dollar zərər dəyib. Bu rəqəm 2019-cu ilin göstəricilərinə əsasən 3.5 milyard, 2015-ci ildə isə 1.5 milyard dollar olaraq qiymətləndirilir.

Kiber hücumların arxasında kim durur?

Co Baydenin kiber təhlükəsizliklə bağlı açıqlaması ABŞ rəsmilərinin təhdiddən daha çox baş verənlərdən ciddi narahatlığa duyduğunu göstərir. Lakin bu narahatlıq ABŞ, Rusiya və Çin arasındakı hər hansı kiber müharibə ehtimalı ilə bağlı deyil. Böyük dövlətlərin uzun müddətdir ki, rəqiblərinə qarşı kiber fəaliyyətlər icra etdiyi məlumdur. Bu fəaliyyətlərin hədəfi əsasən kəşfiyyat yönümlü olub, müxtəlif gizli məlumatların ələ keçirilməsi, dövlət əhəmiyyətli şəxslərin izlənilməsi kimi işlərə yönəlir. 

Bu cür hücumları həyata keçirən xüsusi qruplar isə ya birbaşa dövlətlərinin maaşlı işçiləri olur, ya da birbaşa dövlətlərin nəzarəti altında fəaliyyət göstərir. Çünki ciddi kiber hücumları həyata keçirmək üçün gərəkli olan infrastrukturun yaradılması ancaq böyük dövlətlərin imkanları daxilindədir. Lakin Baydenin birbaşa Rusiya və Çini hədəf göstərməməsi proseslərdə üçüncü bir gücün meydana çıxdığını və kiber hücumların təkcə dövlətlərin nəzarətində olan sahə olmadığını göstərir.

ABŞ nədən narahatdır?

Xüsusilə İT texnologiyaların əlçatımlılığı və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin sayının artması dövlət nəzarətindən kənarda fəaliyyət göstərən haker qrupların yaranması ilə nəticələnib. Müxtəlif şəxslərin və qurumların nəzarətindəki bu qruplar tərəfindən icra olunan kiber hücumlar əsasən qazanc əldə etmək məqsədi ilə həyata keçirilir.

Lakin texniki imkanların güclənməsi və əlverişli proqram təminatına çıxış imkanları gələcəkdə fərqli məqsədlərin icrası üçün də yeni imkanlar yaradır.

Co Baydenin açıqlaması bu baxımdan böyük dövlətlərə xəbərdarlıq kimi qiymətləndirilə bilər. Bu gün ABŞ-ı hədəf alan kiber hücumlar sadəcə özəl şirkətlərə yönəlmiş ol bilər, lakin irəlidə önəmli hərbi obyektlərin, nüvə terminallarının, müxtəlif taktiki və strateji silahların da oxşar hücumlara məruz qalmayacağına heç kim zəmanət vermir. Bu isə sözün həqiqi mənasında əsl müharibənin başlanması riskini gündəmə gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Kanaldan meyiti tapılan qadının adı MƏLUM OLDU

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Yəmən sahillərində neft tankeri ƏLƏ KEÇİRİLDİ

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Süni intellekt “Oskar”sız qalacaq...

Süni intellekt “Oskar”sız qalacaq...

Culfada kanaldan qadın meyiti tapıldı

Culfada kanaldan qadın meyiti tapıldı

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

End of content

No more pages to load

RADİO