Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi və Milli Təhlükəsizlik Nazirliyi qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərin aşkarlanması məqsədi ilə reydlərə başlayıb. Keçirilən reydlərin elə ilk günlərində 11 belə obyeklt aşkarlansa da, MTN-nin məlum reyddə iştirakı ictimai rəydə birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi hesab edir ki, bu gün ölkədə MTN-nin məşğul olmalı olduğu daha ciddi işlər var və belə bir zamanda adıçəkilən qurumun qanunsuz stomotoloji kabinet axtarışına çıxması düzgün deyil. Bgununla bağlı
Moderator.az saytının sualını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu da ictimai rəydəki bu qənaəti bölüşdüyünü qeyd etdi: “Təəssüflər olsun ki, ictimai rəydəki bu qənaət doğrudur və mən də bu fikri bölüşürəm. Hesab edirəm ki, MTN-i qanunsuz və ya gizli stomotoloji kabinet axtarışına çıxan bir ölkə elə bu gündə də olmalıdır”.
Seymur Əliyev