Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Son illər daşınmaz əmlak bazarında kiçik sahəli mənzillərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə gənclər və yeni ailə quranlar daha münasib qiymətə və saxlanma xərcləri aşağı olan mənzillərə üstünlük verirlər. Mənzil qiymətlərinin yüksəlməsi, ipoteka şərtləri və dəyişən həyat tərzi bu tendensiyanı gücləndirən əsas amillərdəndir.

Bəs kiçik sahəli mənzillərə tələbatın artmasının əsas səbəbləri nələrdir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov “demokrat.az”a bildirib ki, kiçik sahəli mənzillərə tələbat əslində hər zaman yüksək olub:
 

“Bunun əsas səbəbi həmin mənzillərin qiymətinin daha münasib olmasıdır. Əmlak bazarında illərdir eyni tendensiya müşahidə olunur. Bir otaqlı mənzillərə tələbat daha çox, iki otaqlılara nisbətən az, üç və dörd otaqlı mənzillərə isə daha aşağı olur. Başqa sözlə, mənzilin sahəsi və qiyməti artdıqca onu almaq imkanı olan insanların sayı azalır. Burada əsas amil insanların alıcılıq qabiliyyətidir.


Məsələn, bir otaqlı mənzilin qiyməti 100-120 min manat arasındadırsa, bu məbləği ödəyə bilənlərin sayı kifayət qədər çoxdur. Lakin üçotaqlı mənzilin qiyməti 220-230 min manat olduqda, hətta bazar qiymətindən 30-40 min manat aşağı satılsa belə, onu almağa hər kəsin maddi imkanı çatmır. Sadə bir müqayisə aparsaq, çörəyə hər zaman tələbat olur, çünki onu almaq əksər insanların imkanı daxilindədir. Ət isə daha bahalı məhsuldur və hər kəs onu istədiyi qədər ala bilmir. Mənzil bazarında da vəziyyət eynidir. Qiyməti aşağı olan kiçik sahəli mənzilləri almaq daha çox insan üçün əlçatandır, qiymət yüksəldikcə isə alıcıların sayı azalır.

Şərti olaraq bazara baxsaq, kiçik və münasib qiymətli mənzilləri almaq imkanı olanlar alıcıların təxminən 80 faizini təşkil edə bilər. İki otaqlı mənzillərdə bu göstərici təxminən 50 faizə, üç otaqlılarda 30 faizə, dörd otaqlılarda isə 10-15 faizə qədər enir. Buna görə də kiçik sahəli və münasib qiymətli mənzillərə tələbat daim yüksək olur”.

O deyib ki, son dövrlər xüsusilə gənclərin kiçik mənzillərə üstünlük verməsinin digər mühüm səbəbi ipoteka şərtləri ilə bazar qiymətləri arasında yaranan böyük fərqdir:

“Hazırda İpoteka Fondu tərəfindən ayrılan maksimum məbləğ 150 min manatdır. Halbuki şəhərdə və şəhərə yaxın ərazilərdə ipotekaya yararlı yeni tikili binalarda ən ucuz iki otaqlı mənzilin qiyməti təxminən 300 min manatdan başlayır. Bu isə o deməkdir ki, alıcı ipotekadan əlavə ən azı 150-160 min manat şəxsi vəsait də ödəməlidir.

Əksər vətəndaşların belə böyük məbləği əlavə etmək imkanı olmadığından, onlar ipotekaya müraciət etməkdənsə, əllərində olan 80-150 min manat vəsaitə uyğun kiçik sahəli mənzil almağa üstünlük verirlər. Mənim müşahidəmə görə, ipotekaya marağın əvvəlki qədər yüksək olmamasının əsas səbəblərindən biri də məhz budur.
 

Digər mühüm məqam isə ipotekaya yararlı mənzillərin sayının məhdud olmasıdır. Hazırda əsasən çıxarışı olan yeni tikili binalar və 1971-ci ildən sonra inşa edilmiş doqquzmərtəbəli yaşayış binalarındakı mənzillər ipotekaya uyğun hesab olunur. Bu kateqoriyaya daxil olan mənzillərin sayı az, tələbat isə yüksək olduğundan onların qiymətləri digər mənzillərlə müqayisədə daha sürətlə artır”.


Ekspertin fikrincə, mövcud şəraitdə vətəndaşlar 150 min manat ipoteka götürüb üzərinə daha 150-160 min manat əlavə edərək iki otaqlı mənzil almaqdansa, əllərində olan vəsaitə uyğun kiçik sahəli mənzil almağı daha məqsədəuyğun hesab edirlər:
 

“Əgər İpoteka Fondu maksimum kredit məbləğini artırsa və eyni zamanda kreditin müddətini 35-40 ilə qədər uzatsa, aylıq ödəniş yükü də nisbətən yüngülləşər. Bu isə xüsusilə gənclər və gənc ailələr üçün daha geniş seçim imkanı yaradar. Belə olan halda insanlar yalnız kiçik sahəli mənzillərlə kifayətlənməz, iki və ya üç otaqlı mənzillərə də daha rahat şəkildə sahib ola bilərlər.


Əmlak bazarında formalaşan qiymətlərlə ipoteka şərtləri arasında yaranmış fərq nəzərə alınmalı, maksimum kredit məbləği və kredit müddəti bazarın mövcud reallıqlarına uyğunlaşdırılmalıdır. Bu, xüsusilə ilk dəfə mənzil sahibi olmaq istəyən gənclər üçün mühüm dəstək olar və onların mənzil əldə etməsini xeyli asanlaşdırar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

"Facebook" və "Instagram"alimit qoyuldu

"Facebook" və "Instagram"alimit qoyuldu

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

End of content

No more pages to load

RADİO