ABŞ-nin bölgədəki təcavüzü davam etdiyi müddətcə Yaxın Şərqdən bir damla belə neft və ya qaz ixrac edilməyəcək.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan bəyan ediblər.
SEPAH-dan əlavə ediblər ki, ABŞ-nin addımları Hörmüz boğazının açılmasının gecikdirilməsindən başqa heç bir nəticəyə gətirib çıxarmayacaq.
Bununla yanaşı, korpusdan vurğulanıb ki, Küveyt və Bəhreyndəki Amerika obyektlərinə hücum edilməsi qərarı İrana endirilən zərbələrə cavab olub.
Bizim.Media