III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilib.

Bizim.Media xəbər verir ki, "moderator.az" xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir.

Müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.
 

Xatırladaq ki, ilk "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivlərinə həsr olunmuş, II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzularını əhatə etmişdi. Hər iki müsabiqə peşəkar media nümayəndələrinin böyük marağı ilə qarşılanmış, qaliblər mükafatlandırılmışdı.


Bu il keçiriləcək III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunur:

1. Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət


Zülfüqar Hüseynzadənin publisistik irsi və peşə prinsipləri;

Həsən bəy Zərdabi, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu və digər görkəmli publisistlərin milli mətbuatın inkişafındakı rolu;

Peşə etikası, obyektivlik və söz məsuliyyəti;

Müasir Azərbaycan jurnalistikasında milli mətbuat ənənələrinin davamlılığı.

2. Milli maraqların müdafiəsində medianın rolu

İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın məsuliyyəti;

Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyi və milli maraqların müdafiəsi;


Dezinformasiya və informasiya manipulyasiyasına qarşı peşəkar jurnalistika;

Milli dəyərlərin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliğində medianın rolu.

3. Böyük Qayıdış: Yeni həyatın ilk addımları

Qarabağa və Şərqi Zəngəzura qayıdan ailələrin həyat hekayələri, yeni yaşayışa adaptasiya prosesi və insan taleləri;

Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir yaşayış məntəqələrinin formalaşması və sosial infrastrukturun inkişafı;

Böyük Qayıdışın sosial, iqtisadi, mədəni və psixoloji aspektləri, yerli icmaların yenidən formalaşması;

Qarabağın və Şərqi Zəngəzurun inkişaf perspektivləri: məşğulluq, sahibkarlıq, turizm, kənd təsərrüfatı və dayanıqlı məskunlaşma;

Tarixi-mədəni irsin bərpası və onun milli yaddaşın qorunmasındakı rolu.

4. Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları

Sosial media dövründə gənclərin dünyagörüşü;

Təhsil, məşğulluq və peşə seçimi;

Gənclərin milli kimlik, vətənpərvərlik və vətəndaş məsuliyyəti;

Gənclərin innovasiya, sahibkarlıq və rəqəmsal gələcəkdə rolu.

Qeyd: Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.

Qiymətləndirmə meyarları

Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

- Mövzunun dolğun və hərtərəfli əhatə olunması;

- Dilin zənginliyi, üslub və ifadə vasitələrinin səviyyəsi;

- Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılması;

- Araşdırmanın keyfiyyəti və faktlardan istifadə bacarığı;

- Müasir dünya təcrübəsi ilə müqayisəli yanaşma;

- Müəllif mövqeyinin aydınlığı və peşəkar jurnalistika prinsiplərinə uyğunluğu.

Müsabiqənin şərtləri

- Yazılar [email protected] elektron ünvanına göndərilməlidir;


- Yazının həcmi 10 min işarədən artıq olmamalıdır;

- Yazı yalnız bir müəllifə məxsus olmalı və əvvəllər heç bir mətbu orqanda, internet saytında və ya sosial media platformasında dərc edilməməlidir;

- Hər müəllif müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

- Yazılar 13 avqust 2026-cı il tarixinədək qəbul edilir;

- Təqdim olunan materiallar münsiflər

heyəti tərəfindən anonim qaydada və obyektiv meyarlar əsasında qiymətləndiriləcək.

Təqdim ediləcək sənədlər

- Elektron məktuba aşağıdakılar əlavə edilməlidir:

- Müsabiqə yazısı (Word formatında, müəllifin adı göstərilmədən);

- Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word formatında);

- Müəllifin əlaqə vasitələri (mobil telefon nömrəsi və elektron poçt ünvanı).

Mükafatlar

- Müsabiqəyə təqdim olunan yazılar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

- Qaliblər 24 avqust 2026-cı il tarixində - tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

- I yer - 1000 AZN

- II yer - 600 AZN

- III yer - 400 AZN

Münsiflər heyətinin seçdiyi ən yaxşı yazılar Moderator.az-da dərc ediləcək, müəlliflərə diplom və xüsusi hədiyyələr təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

"Facebook" və "Instagram"alimit qoyuldu

"Facebook" və "Instagram"alimit qoyuldu

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

Neft UCUZLAŞDI

Neft UCUZLAŞDI

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

GÜNÜN HAVASI: Külək, leysan...

GÜNÜN HAVASI: Külək, leysan...

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

End of content

No more pages to load

RADİO