Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

İnsan ömrünün təxminən üçdə biri, yəni orta hesabla 25 ili yuxuda keçir. Bu, orqanizmin yenilənməsi, beynin dincəlməsi və sağlamlığın qorunması üçün vacib bioloji ehtiyacdır. Lakin yuxu hər zaman faydalı olmur. Xüsusilə hərəkətdə olan avtomobilin sükanı arxasında baş verirsə.

Bəli, söhbət avtomobil qəzalarına səbəb olan bir neçə saniyəlik yuxudan gedir.

Bizim.Media bildirir ki, elmi ədəbiyyatda qısa müddətli qeyri-iradi yuxuya getmə halı "mikroyuxu" (microsleep) adlanır.

Mikroyuxu yol-nəqliyyat hadisələrinin, istehsalat qəzalarının və digər təhlükəli vəziyyətlərin əsas səbəblərindən biri hesab olunur. Yuxu çatışmazlığı zamanı beyin qısa müddətlik "sönmə" mərhələsinə keçir və insan əksər hallarda bunun fərqinə belə varmır.
 

Cəmi bir neçə saniyə davam edən mikroyuxu bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də sürücülərin və günahsız insanların həyatına son qoyan yol qəzalarının əsas səbəblərindən birinə çevrilib.


Məsələn, 2014-cü ildə ABŞ-ın Nyu-Cersi ştatında Walmart şirkətinə məxsus yük maşınının sürücüsü 28 saatdan çox oyaq qaldıqdan sonra sükan arxasında yuxulayıb və qarşıdakı avtomobillərlə toqquşub. Qəza nəticəsində komediya ustası Ceyms MakNeyr həlak olub, aktyor Treysi Morqan isə ağır xəsarətlər alıb. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın əsas səbəbi kimi sürücünün həddindən artıq yorğun olmasını göstərib.

Digər hadisə 2019-cu ildə Hindistanın Uttar Pradeş ştatında yerləşən Yamuna Expressway magistralında baş verib.

Avtobus sürücüsünün sükan arxasında yuxulaması nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq kanala aşıb. Hadisə nəticəsində 29 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu faciədən sonra ölkədə sürücülərin iş və istirahət rejimi yenidən geniş müzakirə olunmağa başlanıb.
 

2021-ci ildə isə ABŞ-ın Arizona ştatında yorğun yük maşını sürücüsünün tıxacda dayanmış avtomobillərə çırpılması nəticəsində 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Aparılan istintaq sürücünün kifayət qədər istirahət etmədiyini müəyyən edib.


Böyük Britaniyada isə sükan arxasında yuxulama nəticəsində baş verən çoxsaylı ölümcül qəzalar hökuməti "Tiredness Kills" ("Yorğunluq öldürür") kampaniyasına başlamağa vadar edib. Kampaniya sürücüləri yorğun halda sükan arxasına əyləşməməyə çağırır və bu gün də ölkənin yol təhlükəsizliyi siyasətinin əsas elementlərindən biri hesab olunur. (azxeber.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Çinin Baş prokuroru Azərbaycana GƏLİR

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

Bürclərin sevgi uyğunluğu -Kimlər ideal cütlükdür?

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

İlk qatlanan “iPhone” təqdim ediləcək- Tarix açıqlandı

"Facebook" və "Instagram"alimit qoyuldu

"Facebook" və "Instagram"alimit qoyuldu

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

Neft UCUZLAŞDI

Neft UCUZLAŞDI

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını AÇIQLADI

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

GÜNÜN HAVASI: Külək, leysan...

GÜNÜN HAVASI: Külək, leysan...

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 29 avqustda baş vermiş tarixi hadisələr

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO

End of content

No more pages to load

RADİO