Silah istəyən DEPUTATLAR – Maraqlı SİYAHI

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququna malikdirlər. Parlament üzvlərinə bu hüquq ilk dəfə olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tanınıb. 2001-ci ilin oktyabrında isə “Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur. 

Qaydalara görə, deputatlar xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusa təslim olan MƏMURLAR - SİYAHI


Müraciətə müsbət cavab verilərsə, nazirliyin Təchizat İdarəsindən deputata xidməti silah verilə bilər. Hər bir silah alan deputat isə dövlətə müəyyən edilmiş rüsum ödəyir. Əlbəttə ki, Milli Məclis üzvülərinə silahla iclas zalına daxil olmaq qadağan edilib. 

Bəs, hazırda hansı deputat silah gəzdirir?

Bizim.Media-ya açqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə xidməti silahla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmədiyini bildirib:

“Hesab edirəm ki, azərbaycanda vətəndaşların təhükəsizliyi qorunur. Biz də digər vətəndaşlardan üstün deyilik. Digər həmkarlarımın isə məsələ ilə bağlı münasibətindən məlumatlı deyiləm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı silaha ehtiyac görmür:

“Bu barədə qanun qüvvəyə minəndən sonra, yəni Milli Məclisin I çağırışında mənə silah verilmişdi. Sonradan geri alınıb və təkrar verilməyib.

Bu da onunla əsaslandırılıb ki, Azərbaycanda kriminogen vəziyyət tam nəzarət altındadır. Həqiqətən də deputatlar üçün ciddi xarakter daşıyan təhlükə yoxdur. Onların özlərini mühafizə etmələri üçün də belə bir silaha lüzum yoxdur. O vaxtdan indiyədək də silah verilməyib və düşünürəm ki, buna da ehtiyac görmürəm”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev silah gəzdirmək istəyindədir:

“Bizə silah verilməyib. Bununla bağlı məlumatım da yoxdur. Açığı silah versələr, bundan imtina etmərəm”.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişli isə silah üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini və buna ehtiyac görmədiyini vurğulayıb. 

Deputat Elman Nəsirovun sözlərinə görə isə silah üçün ehtiyac hiss etməyib:

“Azərbaycan sabit və təhlükəsiz ölkədir. Deputatın silah gəzdirməsinə şərait yaradacaq bir hal hiss etməmişəm. Bu baxımdan silah gəzdirməyə ehtiyac görmürəm”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Zidan aşpazı da milliyə dəvət etdi

Zidan aşpazı da milliyə dəvət etdi

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Merti daha bir serialda görəcəyik

Merti daha bir serialda görəcəyik

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

End of content

No more pages to load

RADİO