İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub.
Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib.
O, “Seaside estate” şirkətinin rəhbəri olub.
Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş.
Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.
O.Yusubovun fotolarını təqdim edirik:




Bizim.Media