“"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir".
Bizim.Media xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırda kartlardan tutulan 18%-lik əlavə dəyər vergisini (ƏDV) ödəməyəcəklər, ikiqat vergitutma olmayacaq: "Yəni "Meta" Azərbaycanda vergi ödəyicisi olur".


Bizim.Media