Almaniyanın Ukraynadakı səfirliyi öz vətəndaşlarına yaxın vaxtlarda Ukraynaya səfər etməmək və ölkə ərazisində dəmir yollarından istifadə etməmək çağırışı edib.
Bizim.Media xəbər verir ki, səfirliyin yaydığı bəyanatda Rusiyanın raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə demək olar ki, hər gün hava zərbələri endirdiyi bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Almaniyada yaşayan hərbi yaşda olan ukraynalı kişilərlə bağlı YENİ TƏLƏBLƏR
Qeyd olunub ki, hücumlar Ukraynanın istənilən bölgəsinə təhlükə yarada bilər.
Həmçinin 24 avqust 2026-cı ildə qeyd olunacaq Ukraynanın Müstəqillik Günü ilə əlaqədar hücumların intensivləşməsi ehtimalının istisna edilmədiyi vurğulanıb.
Bəyanata görə, zərbələrin enerji infrastrukturu və nəqliyyat qovşaqları kimi obyektlərlə yanaşı, mülki obyektlərə də yönələ biləcəyi bildirilir.
Bizim.Media