"Nə İranın, nə də Türkiyənin adamıyam" - Şeyxdən İTTİHAMLARA CAVAB

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatından sonra ona ünvanlanan ittihamlara cavab verib.

Bizim.Media məsələ ilə bağlı Şeyxin gununsesi.info-ya müsahibəsini təqdim edir:

– Doğurdanmı, siz hesab edirsiniz ki, torpaqlarımızın  işğaldan azad olunmasında Xameneinin fətvası rolu oldu?

– Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimu olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir.

Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar?

Məni ittiham edənlər o çıxışıma tam baxsınlar.

– Yəqin ki, Ərdoğanın müşavirinin dediklərindən də xəbəriniz var…

– Bəli, mən bunu eşitdim. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır.

Deyir ki, İran Ermənistana raket göndərir.  Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım.

Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb.

– İrandan gedən yük maşınlarının görüntüsü də yayılmışdı…

– Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram.

Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən.

– Şeyx həzrətləri, zaman-zaman adınızı İranın adamı kimi hallandırıblar. Bu idialara necə yanaşırsınız?

– Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam,  nə İranın, nə də Türkiyənin adamı deyiləm.

Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm, ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.

İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu.

Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır.

İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik. Elə adamlar var. Onlar maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək.

Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq.

– Türkiyənin bu müharibədəki xüsusi rolunu, bizə dəstəyini qəbul edirsinizmi?

– Əlbəttə, edirəm. Ona görə söhbətimizin əvvəlində dedim ki, çıxışımı tam dinləsinlər.

Mən orda əvvəlcə Türkiyə dövləti və onun başçısı Ərdoğan həzrətlərinə təşəkkürümü bildirdim. Başqa cür ola da bilməz. Yəni, mən bunu istəsəm də olmaz.

Fətva söhbətini sırf mənəvi baxımdan demişəm.

Hamımız müsəlman kimi gündəlik həyatımızda ”Allah kömək olsun” “Duaçıyam” və sair kimi sözlərdən istifadə edirik.

Mən də din adamıyam, siyasi adam deyiləm. Allahdan danışmışam. Paralel olaraq da  Hikmət Hacıyevin çıxışından heç bir addım da o tərəfə çıxmamışam.

Xameneinin fətvası  ordumuza dəstək anlamında qəbul olunmalıdır. Bu sözlər Ermənistana gözdağı idi.

Bir daha qeyd edim ki, bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın. Mən elə bilirəm ki burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da ermənipərəstlərin barmağı var. Mən ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam, onlar məni  ağsaqqal kimi qəbul edirlər.

Mənim gəlinim türkdür. Evimdə türklər yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Paytaxt küçələrini belə yudular - FOTO

Paytaxt küçələrini belə yudular - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

End of content

No more pages to load

RADİO