ABŞ-ın Ayova ştatında keçirilən ənənəvi “Iowa State Fair 2026” yarmarkası çərçivəsində hind quşu səslərinin təqlidi üzrə yarış təşkil olunub.
Bizim.Media xəbər verir ki, “Turkey calling contest” adlanan müsabiqədə iştirakçılar hinduşkaların müxtəlif səslərini, o cümlədən erkəklərin boğuq səslənməsini və quşların çağırışlarını mümkün qədər dəqiq təqlid etməyə çalışıblar.
Güclü yağışa baxmayaraq, yarış Des-Moyn şəhərindəki Pioneer Hall pavilyonunda baş tutub.
Yarmarkada təkcə hind quşu səsləri ilə kifayətlənmirlər. Burada ördək, toyuq və xoruz səslərinin təqlidi üzrə yarışlar, hətta zarafat məqsədli “husband calling” – “ər çağırma” müsabiqəsi də keçirilir.
Bizim.Media