Ermənistanın atəşkəsi pozmasında ANTİ BUCAQLAR

Son vaxtlar ermənillər davamlı olaraq mövqelərimizi atəşə tutur. Və ötən 1 ayda Azərbacan tərəfi 1 şəhid verib, bir neçə hərbiçimiz isə yaralanıb. Ən qəribəsi odur ki, Qarabağdakı ermənilər də dinc dayanmır. Ara-sıra Şuşaya tərəf güllə atırlar.

İlk baxışdan belə başa düşülür ki, ermənilər mövcud status-kvo ilə barışmır və yeni müharibə istəyir.

Bəs əslində nə baş verir?

Apardığımız təhlillər göstərir ki, təmas xəttində baş verən insidentlər birbaşa rəsmi İrəvanın göstərişi ilə reallaşır. Çünki, artıq Ermənistanda hərbi müxalifət yoxdur. Paşinyan əleydarları olan General-polkovnik Movses Akobyan və General-leytenant Onik Qasparyanın başı üstündə Demokl qılıncı asılıb. Yəni heç bir hərbiçinin “gücü” yoxdur ki, Paşinyanın xəbəri olmadan hansısa radikal addım atsın.

Bəs Paşinyan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir?

Təbii ki, Kreml divarları arasında yazılmış senariyə əsasən Paşinyan Azərbaycanı yeni “Yumruq əməliyyatı”na təhrik edir. Bu əməliyyatlar hesabına Moskva və İrəvan 3 məqsəd güdür.

Birincisi, Azərbaycan anti-terror əməliyyatına başlayır. Qarabağdakı silahlı dəstələri məhv edir. Yüzlərlə erməni hərbiçisi öldürülür. Əsgər anaları Ermənistanda ayağa qalxır və davamlı sülh istəyir.

İkincisi, Azərbaycan antiterror əməliyyatı başladığı zaman Ermənistanda hərbi səfərbərlik elan edilir. Və Paşinyan höküməti radikal qüvvələri məcburi şəkildə hərbi səfərbərliyə cəlb edir. Və beləcə, həm Paşinyanın əl-ayağına dolaşan, həm də Moskvanın zəhləsini tökən qüvvələr asanlıqla zərərsizləşdirilir.

Üçüncüsü, Ermənistanın növbəti müharibəyə başlamaq iqtidarında olmadığını Paşinyan bütün Nijde tərəfdarlarına və radikal qüvvələrə sübut edir.

Nəticədə, Ermənistandakı bütün siyasi qüvvələr və xalq Paşinyana yalvarır ki, Azərbaycanla təcili sülh sazişi bağlasın.

Bəs bundan Paşinyan, Ermənistan və Rusiya nə qazanır?

Birincisi, Paşinyan hakimiyyətini möhkəmləndirir və ən azı 10 il Baş nazir kimi siyasi səhnədə qalır.

İkincisi, Ermənistan Qarabağı əbədiyyən unudur, mifik və əsassız “dənizdən-dənizə Ermənistan” ideyasından əl çəkir. Qonşularla sülh və mehribançılıq şəraitində yaşamağa başlayan Ermənistanın yeni iqtisadi dirçəliş dövrü başlayır.

Üçüncüsü, Rusiya Ermənistanda nəzarəti tam ələ alır. Və Zəngəzur dəhlizinin açılması ilə Avropanın sanksiyalarından dəyən zərəri bir qədər konpensasiya edir.

Baş verən açıq proseslərdən və Paşinyanla Putinin bağlı qapılar arxasında razılaşdıqları sövdələşmələrdən təbii ki rəsmi Bakının və Ankaranın geniş məlumatı var. Ona görə də tez-tez atəşkəsin pozulmasına Türkiyə və Azərbaycan təmkinli mövqe nümayiş etdirir.

Xatırladaq ki, ötən həftə 2 gün davamlı olaraq Şuşanın Xankəndi istiqamətindən atəşə tutulmasına Ankara heç bir reaksiya vermədi. Halbuki, Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Ən azından buna görə Monitorinq Mərkəzindən hansısa açıqlama olmalıydı. Amma olmadı. Bu da ona işarədir ki, ”hər şey nəzarətdədir”.

Azərbaycan höküməti də baş verənlərə təmkin nümayiş etdirir. Və xəbərdarlığından da qalmır. Ali Baş Komandan deyir ki:

“İrəvan, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz gec-tez o torpaqlara qayıdacağıq”.

Bu isə bir daha onu sübut edir ki, Azərbaycan öz mövqeyində istər qələbəyə qədər, istərsə də qələbədən sonra heç bir dəyişiklik etməyib. Sülh anlaşması və “Dəmir yumruq” hər ikisi Azərbaycanın təklif etdiyi variantıdır! Üçüncü həll yolu yoxdur. 

Ona görə də hələ bir müddət təmas xəttində insidentlər qaçılmazdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Paytaxt küçələrini belə yudular - FOTO

Paytaxt küçələrini belə yudular - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

End of content

No more pages to load

RADİO