Sülhdən doğan GÜC: Türkiyənin hərbi bazası olan 14-cü ölkə kim olacaq?

Yaxın tarix boyu dünyada söz sahibi olan ölkələrin öz ərazilərindən kənarda nüfuz sahibi olması faktı, yəqin ki, inkarolunmazdır. Bunun üçün əsas vasitələrdən biri isə, digər bölgələrdə hərbi kontingentin mövcudluğudur. Türkiyə Cümhuriyyəti də hal-hazırda sözügedən təcrübədən fəal şəkildə istifadə etməkdədir.

Lakin qeyd olunan vəziyyət dünya siyasətinin böyük oyunçuları tərəfindən daha çox işğalçılıq məqsədilə tətbiq olunsa da, Türkiyədə vəziyyət bir qədər fərqlidir. Belə ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi “Türkiyənin təhlükəsizliyi sərhədlərimizdən başlamır” açıqlaması da rəsmi Ankaranın məqsədlərini izah etməyə kifayət edir.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə “Bayraktar”ları Ukraynaya gətirildi


Qazanc yox, zərurət 

Belə ki, Türkiyənin öz sərhədlərindən uzaqda birbaşa və dolayı yollarla təsirləndiyi münaqişələrin həllinə yönəlməsi artıq zərurətə çevrilib. Bu cür vəziyyət isə rəsmi Ankaranın xarici siyasətinə təsirsiz ötüşməyib. Hazırda dünyada söz sahibinə çevrilmək yolunda əmin addımlarla irəliləyən Türkiyənin ümumilikdə 13 ölkədə hərbi bazası yerləşməkdədir. Lakin rəsmi Ankaranın sözügedən ərazilərdəki fəaliyyəti digər böyük oyunçulardan fərqli olaraq əsasən 3 məqsədə yönəlməkdədir: 

Terrorla mübarizə, 

Sülhün təmin olunması, 


Ölkənin təhlükəsizliyini təmin etməyə yardım.

Türkiyənin öz sərhədlərindən kənarda hərbi fəaliyyəti xüsusilə ölkənin yerləşdiyi coğrafi regionla sıx bağlıdır. Məhz qonşuluğundakı təhlükələr rəsmi Ankaranı təhlükəsizlik probleminin həlli ilə ciddi şəkildə məşğul olmağa vadar edir. İraq və Suriyadakı gərgin vəziyyət, Aralıq və Qara dənizdəki gərgin rəqabət, eyni zamanda Cənubi Qafqazdakı münaqişə sonrası situasiya Türkiyənin hazırda necə təhlükələrlə üz-üzə qaldığının göstəricisidir. Sadalanan problemlər isə rəsmi Ankaraya yalnız təhlükəsizlik cəhətdən narahatlıq doğurmur, habelə iqtisadi və sosial problemləri də öz bərabərində gətirir.

Belə ki, sözügedən regionlardakı gərginlik Türkiyəyə böyük qaçqın axınına səbəb olmaqla sosial, logistika və ticarətdə yaratdığı problemlərlə isə iqtisadi çətinlik yaratmaqdadır.

Rəsmi Ankaranın sərhədlərindən uzaqda sözügedən istiqamətlərdə uzunmüddətli və uğurlu təcrübəsinin olduğunu da xatırlatmaq vacibdir. Belə ki, hələ 1950-ci ildən NATO ilə birlikdə Koreya yarımadasında, 1974-cü ildə isə Kiprdə sabitliyin təmin olunmasında türk hərbiçilərinin danılmaz rolu olub.

Ümumilikdə isə, Türkiyənin xarici hərbi siyasətinin günümüzdə də böyük uğurlar qazandığını söyləyə bilərik. Həm beynəlxalq, həm də regional aktorların bir sıra münaqişə bölgələrində gərginliyi artırma cəhdlərinin əksinə Türkiyə bütün gücü ilə sabitliyi təmin etməyə çalışır. 

Hal-hazırda isə Türkiyənin xarici hərbi bazaları məsələsi Əfqanıstanın timsalında yenidən gündəmə gəlməkdədir. Doğrudur, sözügedən bölgə rəsmi Ankaranın əvvəllər iştirak etdiyi münaqişələrdən bir qədər fərqli situasiyaya ev sahibliyi etməkdədir. Belə ki, Türkiyənin xarici siyasətində qeyd etdiyimiz 3 əsas problemin hər biri Əfqanıstanda mövcuddur. Həm Talibanın timsalında terror təhlükəsi, həm sülhün təmin olunmasına ehtiyac, həm də mərkəzi hakimiyyətin qorunmasına dəstək hazırda rəsmi Kabil üçün ən böyük problemlərdir.

Bunlarla yanaşı yuxarıda qeyd olunan iqtisadi və siyasi mətləblərin hər biri Türkiyənin Əfqanıstanda təhlükəsizliyi təmin etməsini özünün dövlət təhlükəsizliyi üçün önəmli duruma çevirib.

Türkiyənin öz təhlükəsizliyini sərhədlərindən kənardan müdafiə etməyə başlaması isə Rusiyanın NATO-ya qarşı yeritdiyi “bufer zona yaratmaq” siyasətindən xeyli fərqli olaraq dünya üçün də böyük əhəmiyyətə malikdir. Belə ki, münaqişə bölgələrində sabitliyi təmin etməklə rəsmi Ankara bir sıra önəmli nəqliyyat marşrutlarının və sənaye obyektlərinin normal qaydada fəaliyyət göstərməsinə şərait yaradır.

Getdikcə isə Türkiyənin sülhyaratma missiyası daha da genişlənməkdədir. Qarşıdakı illərdə bu missiya digər ölkələri də əhatə edə bilər. 

Ümumilikdə isə, Türkiyənin sözügedən istiqamətdə fəaliyyəti rəsmi Ankaranın bütün dünyada yavaş-yavaş əsas söz sahiblərindən birinə çevrilməsi deməkdir. Vəziyyətin bu cür inkişaf etməsi isə Azərbaycan üçün də böyük faydalar deməkdir. Belə ki, qardaş ölkənin böyük qüvvəyə çevrilməsi rəsmi Bakının da beynəlxalq arenada güclü müttəfiq qazanmasında və Cənubi Qafqazda sabitliyin, eyni zamanda inkişafın təmin olunmasında əvəzsiz rol oynacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

End of content

No more pages to load

RADİO