“"Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, insanlarda media savadlılığını artırmaq lazımdır:
"Finlandiya, Malayziya və digər ölkələrin qanunvericiliyində media savadlılığı haqqında ayrıca qanun var, bu haqda dərslər keçirilir. Hesab edirəm ki, vahid platformada birləşdirilən bizim media qurumumuz bunu nəzərə almalıdır".
Günay Şahmar, Bizim.Media