Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Nazirlər Kabinetinə tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Bizim.Media