Xəbər verdiyimiz kimi, dünən Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə kütləvi zərbələr endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Maks” platformasında məlumat verib.
O, yaydığı bəyanatda paytaxt istiqamətində zərərsizləşdirilən dronların sayının 180-ə çatdığını bildirib.
Lakin bir sıra dronlar müxtəlif hədəflərə zərbə endirib. Belə ki, zərbələrdən biri Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavoduna (NEZ) dəyib. Hadisə nəticəsində zavodun ərazisində güclü partlayış və yanğın qeydə alınıb.
Nəticədə bu gün Moskva səması qara buludlarla əhatə olunub.
Həmin kadrları təqdim edirik:
Bizim.Media