Qarabağda müharibədən sonrakı SÜLH SAVAŞI – Azərbaycan kimin təklifini qəbul edəcək? 

İyulun 3-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında növbəti anlaşma əldə olunub. Belə ki, 44 günlük savaş başa çatdıqdan sonra ələ keçirilən 15 erməni diversantı, işğal dövründə Zəngilan və Füzuli rayonları ərazisinə basdırılmış minaların xəritələri ilə dəyişdirilib. Daha əvvəl isə, iyunun 12-də Qərbin vasitəçiliyi ilə Ağdam rayonu üçün oxşar razılaşma əldə olunmuşdu. 

Ümumilikdə, uzun illərdir bir-birinə düşmən olan iki dövlət arasında bu cür müsbət tendensiyanın yaranması öz-özlüyündə böyük irəliləyiş hesab olunmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Əks halda III Qarabağ müharibəsi başlayacaq” – SON AÇIQLAMA


Eyni zamanda 30 il müddətində heç bir işə yaramayan xarici vasitəçilərin fəaliyyətindən sonra son 1 ay ərzində əldə olunan iki uğurlu razılaşma regionun gələcəyi ilə bağlı pozitiv proqnozlar yaradır.

Təbii ki, anlaşmalarda vasitəçilik edən tərəflər arasındakı rəqabətin bölgənin gələcəyinə necə təsir edəcəyi əsas müzakirə mövzusudur.

Əgər Ağdamda Qərbin rolu əsas faktor idisə, Füzuli və Zəngilan üçün anlaşmanı təmin edən tərəf Rusiya oldu. Bu cür vəziyyət isə gələcək danışıqlarda və tez-tez adı hallanan sülh müqaviləsinin imzalanmasında vasitəçilik uğrunda yeni böyük rəqabətin olacağından xəbər verir. Təbii ki, bölgədə nüfuz qazanmaq baxımından hər iki tərəf üçün vasitəçilik məsələsi həyati əhəmiyyətə malikdir. Doğrudur, rəsmi Moskva Ağdamın mina xəritələrinin əldə olunmasında Qərbin vasitəçiliyinə ciddi şəkildə narazılıq bildirmədi.

Lakin bir yerinə iki rayon üçün razılaşmanın əldə olunmasına nail olaraq rəqibləri qarşısında iddiasını ortaya qoymağı bacardı.  

Xüsusən də, son dönəmlərdə gərginləşən Rusiya-Qərb münasibətləri fonunda bölgədə nüfuz qazanmaq uğrunda gedəcək gərgin mübarizəni əvvəlcədən pronozlaşdırmaq mümkün idi.

Rəqabətin böyüməsi isə, yeni qarşıdurmaların yox, daha ciddi razılaşmaların əldə olunacağının göstəricisidir. Hər iki tərəf, keçmiş münaqişənin aktorları arasında sabitliyi təmin etmək üçün daha böyük addımlar atmağa cəhd göstərəcək.

Doğrudur, bir çox mütəxəssislər Rusiya-Qərb rəqabətinin bölgədə münaqişəni yenidən alovlandıracağı varinatını istisna etmirdilər.

Lakin həm Azərbaycanda, həm Ermənistanda müharibə ab-havasının mövcud olmadığı göz qabağındadır. Vasitəçilik rəqabətinin tərəfləri də, bölgədəki vəziyyəti gözəl anlayırlar. Bu səbəbdən də, Kreml və Qərb regionda varlığını saxlamaq üçün münaqişə yox, sülh variantı uğrunda mübarizə aparırlar. Təbii ki, Vətən Müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda revanşizm sədaları daha yüksəkdən gəlməkdə idi və bu amili əsas gətirərək yeni qarşıdurmaların baş verə biləcəyini ehtimal etmək mümkün idi. Fəqət 20 iyun seçkiləri sözügedən səslərin xeyli az olduğunu və erməni xalqının sülhə ehtiyacı olduğunu nümayiş etdirdi.

Vasitəçilik rəqabəti isə, həm Ermənistana, həm də Azərbaycana sərf etməkdədir. Çünki bölgədə varlığını qorumaq istəyən böyük güclər, sözügedən məqsədlərinə nail olmaq üçün əsas faktor olan tərəflərin rəğbətini qazanmağa çalışacaqlar. Bunun üçün isə, sülhə aparan yeni razılaşmalarda, daha önəmli rol oynamaq üçün ciddi cəhdlər göstərəcəklər.

Bu cür situasiya isə, bölgədə sülhün bərpasının xeyli yaxın olduğunu deməyə əsas verir. Hal-hazırki durumda isə rəsmi Moskvanın bölgədə nüfuzu Qərbdən xeyli yüksəkdir. Münaqişə tərəfləri arasında ən önəmli razılaşmalar məhz Kremlin vasitəçiliyi ilə əldə olunub və eyni zamanda regiondakı sülhməramlılar da məhz Rusiya hərbiçiləridir.

Lakin mövcud vəziyyətin, gələcəkdə də dəyişməz qalacağı əminliklə söylənə bilməz.

Azərbaycanın mütləq mövqeyi isə bəllidir; sülhü təmin edəcək bütün təkliflər dəyərləndiriləcək. Son nəticə olaraq, kimin vasitəçilik etməsindən asılı olmayaraq bölgənin uzun müddətdir həsrətində olduğu sülh və əmin-amanlıq təmin olunacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Daha bir serial eşqi gerçək oldu -Foto

Daha bir serial eşqi gerçək oldu -Foto

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

Məzunlara ŞAD XƏBƏR – Elektron diplomu kimlər nə vaxt ALACAQ?

Məzunlara ŞAD XƏBƏR – Elektron diplomu kimlər nə vaxt ALACAQ?

Əcnəbilərin Azərbaycandan deportasiya səbəbləri açıqlandı

Əcnəbilərin Azərbaycandan deportasiya səbəbləri açıqlandı

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır

Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır

Azərbaycanda yaşama icazəsi üzrə müraciətlərin SAYI ARTIB

Azərbaycanda yaşama icazəsi üzrə müraciətlərin SAYI ARTIB

Fiziki şəxslərin milli və xarici valyutada nə qədər əmanətləri var?

Fiziki şəxslərin milli və xarici valyutada nə qədər əmanətləri var?

Abşeronda 3 aylıq körpə öldü

Abşeronda 3 aylıq körpə öldü

Azərbaycana ən çox hansı ölkələrin vətəndaşları gəlib? – RƏSMİ

Azərbaycana ən çox hansı ölkələrin vətəndaşları gəlib? – RƏSMİ

Zelenski: Ukraynanın indiyədək NATO-ya dəvət olunmamasını başa düşmürəm

Zelenski: Ukraynanın indiyədək NATO-ya dəvət olunmamasını başa düşmürəm

Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı ARTDI

Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı ARTDI

Valideynlər üçün yeni DƏSTƏK - Autizm portalı fəaliyyətə başlayıb

Valideynlər üçün yeni DƏSTƏK - Autizm portalı fəaliyyətə başlayıb

Ermənistanda daha bir “daşnak” TUTULDU

Ermənistanda daha bir “daşnak” TUTULDU

Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

İran Çindən yüzlərlə daşınan HHM kompleksi alacaq? - FOTO

İran Çindən yüzlərlə daşınan HHM kompleksi alacaq? - FOTO

Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO

Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

End of content

No more pages to load

RADİO