BMT tribunasından SÜLH ÇAĞIRIŞI – İlham Əliyevdən TARİXİ MESAJLAR

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bir sıra vacib mühüm məsələlərə toxunub.

Dövlət başçısının BMT tribunasından bəşəriyyətə sülh çağırışı etməsi isə xüsusilə diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etdi - VİDEO


“Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”, deyə İlham Əliyev vurğulayıb.

Bundan əlavə, Dövlət başçısı çıxışında regional və qlobal miqyasda bir sıra məsələlərlə bağlı da fikirlər səsləndirib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında strateji əhəmiyyətli məsələləri gündəmə gətirdi:
 

“O, bundan əvvəlki çıxışlarında, yəni 2004, 2010 və 2017-ci illərdəki çıxışlarda, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, onun ağır nəticələri, regionda ciddi təhlükəsizlik böhranının yaşanması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırırdısa, indi artıq torpaqlarımızın işğaldan azad olunması, sülhə gedən proses, onun nəticələri haqqında danışdı.


Prezident vurğuladı ki, müharibə bitdikdən, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra sülh prosesində bir dinamika var və onun da müəllifi Azərbaycandır. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər vasitəçilər olmadan danışıqlar aparılıb və nəticələr də əldə edilib.

İlham Əliyev xüsusi olaraq onu da qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi razılaşma əldə edildi.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri sülh müqaviləsini parafladılar. Azərbaycan və Ermənistan liderləri, habelə ABŞ Prezidentinin imzası da daxil olmaqla birgə bəyanat da imzalanıb. “907-ci düzəliş”in ləğvi istiqamətində də mühüm qərar qəbul edildi. ATƏT-in Minsk qrupunun ləğvi məsələsində də vacib razılaşma əldə edildi. ATƏT artıq Minsk qrupunu ləğv edib. Bakı ilə Vaşinqton arasında strateji işçi qrupu yaradılıb ki, onların da məqsədi strateji tərəfdaşlıq Xartiyasını hazırlamaqdır. Hansı ki, o da yaxın perspektivdə imzalanacaq”.

Deputat qeyd edir ki, bu gün sülh prosesi dinamik prosesə çevrilib:

“Sülh istiqamətində ciddi addımlar atırıq. Prezident həmçinin beynəlxalq ictimaiyyət və dövlət başçılarına xitabən söylədi ki, gəlin ədalətli dünya quraq, beynəlxalq hüquqi normalara, prinsiplərə hörmətlə yanaşaq, bir-birimizin daxili işlərinə qarışmayaq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə üstünlük verək. Prezidentin bu söylədikləri beynəlxalq hüququn fundamental, təməl prinsiplərini müdafiə etməkdir. Burada ciddi ismarıclar var və Prezidentin mesajları beynəlxalq ictimaiyyət tərəfindən böyük diqqətlə qarşılanıb”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO