Metyu Brayza: “Zəngəzur dəhlizi sülh sazişindən əvvəl açıla bilər” – ÖZƏL

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Trump Beynəlxalq Sülh və Firavanlıq Yolu (Zəngəzur dəhlizi) açılıb-açılamayacağını dəqiq deyə bilmərik. Məncə, bu, Azərbaycandan asılıdır. Azərbaycan və onun rəhbərliyi həmin dəhlizin açılmasına açıq-aşkar həvəs göstərir. Buna görə də, Azərbaycan təbii olaraq, Ermənistandan tələb edib ki, o, konstitusiyasına dəyişiklik edərək aydın və birmənalı şəkildə göstərsin ki, artıq Azərbaycanın ərazi bütövlüyünə heç bir iddiası yoxdur”.

Bu fikirləri Bizim.Media-ya danışan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizinin (TRİPP) sülh müqaviləsindən öncə açılma ehtimalları barədə danışan sabiq səfir, konstitutsiya dəyişikliklərinin zaman aparacağını, buna görə də, Zəngəzur dəhlizinin (TRİPP) sülh müqaviləsindən öncə açıla biləcəyini də istisna etməyib:

“Sülh müqaviləsinin imzalanması və ya konstitusiyanın dəyişdirilməsi müəyyən vaxt tələb edə bilər. Ona görə də Azərbaycanın hökumətindən asılıdır ki, bu prosesi necə idarə edəcək? Bir tərəfdən Zəngəzur dəhlizini mümkün qədər tez açmaq istəyi, digər tərəfdən isə Ermənistanın konstitusiyasını dəyişməsi üçün lazım olan praktik siyasi zaman. Amma Zəngəzur dəhlizi (TRİPP) açılarsa, onun böyük perspektivləri var”.

Kommunikasiyaların açılmasının iqtisadi dividendləri

Analitik əlavə edib ki, layihə yalnız Xəzər dənizindən başlayaraq Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə qədər uzanan yeni tranzit dəhlizi yaratmaqla kifayətlənməyəcək, həm də Ermənistana öz iqtisadiyyatını inkişaf etdirmək, sərmayə cəlb etmək və dəhliz boyunca yerləşən bütün ölkələrə məlumat texnologiyaları, bərpa olunan enerji, neft-qaz və yük daşımaları vasitəsilə fayda gətirmək imkanı yaradacaq.

“Bundan əlavə, bu, bütün regiona, o cümlədən Gürcüstandan keçən mövcud dəhlizə də kömək edəcək, çünki ümumilikdə Cənubi Qafqaz üzərindən şərq-qərb tranzit marşrutuna maraq əhəmiyyətli dərəcədə artacaq. Məncə, hamı bu prosesdən faydalana bilər. Lakin sizin də qeyd etdiyiniz kimi, hələ də Azərbaycanın baxış bucağından Ermənistanın konstitusiyasını dəyişməsi zəruridir. Bundan sonra isə mart ayında yekunlaşdırılmış və avqustun əvvəlində Vaşinqtonda Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən paraflanmış sülh müqaviləsinin imzalanmasına yol açılacaq”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO